BABH - Bütöv Azərbaycan Birlik Hərəkatı

بابح - بوتو آزربایجان بیرلیک حرکاتی

BAKIDA GÖRÜNMƏMİŞ ENERJİ FƏLAKƏTİ

Milli Məclis, metro, klinikalar, məktəblər və sair strateji obyektlər elektriksiz qalıblar, qəza bütün paytaxtı iflic edib 

۞BABH۞  www.musavat.com:  Bakıda yenə texnogen qəza baş verib. Şəhərin elektrik sistemində böyük problemlər yaranıb. Yarım saat çəkən qəza vəziyyəti qismən aradan qaldırılsa da, paytaxtın əksər ərazilərində enerji verilişi isə hələ bərpa olunmayıb.

"Azərenerji"dən verilən məlumata görə, qəza baş verən ərazidə dispetçerlər işləyirlər. Lakin qəzanın başvermə yeri və dəqiq səbəbləri göstərilmir.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, adıçəkilən qurumun əməkdaşları metroda qalmış insanların evakuasiyasına cəlb olunub. Metrostansiyalar enerji ilə təmin edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəmşid Hənifəyev Trend News-a bildirib ki, işıqfor işləməyən ərazilərdə nəqliyyatın və piyadaların hərəkətini yol polisi əməkdaşları tənzimləyir.

İşıqforların işləməməsinə görə, paytaxtın yollarında böyük tıxaclar yaranıb. Əməkdaşlarımızın verdiyi xəbərə görə, avtobus dayanacaqları insanlarla doludur. Qara Qarayev prospektində böyük tıxac əmələ gəlib.

Maraqlıdır ki, fövqəladə halın baş verməsindən keçən iki saata yaxın müddətdə rəsmi dövlət qurumlarından heç biri paytaxtda nə baş verdiyi barədə rəsmi açıqlama ilə çıxış etmir, əhalini saran təlaş-təşvişə son qoymur.

Aldığımız son məlumata görə, paytaxtda baş verən elektrik kəsintisi Mingəçevir SES-də iki xəttin açılması üzündəndir.

Hazırda şəhərin yarıdan çoxunda elektrik enerjisinin verilməsi bərpa edilib.

Milli Məclisdən verilən xəbərə görə, deputatlar da qaranlıqda qalıblar. Onlar parlament komissiyalarının işində iştirak edir, plenar iclasın gündəliyiniə çıxarılacaq qanunları müzakirə edirmişlər. Bu zaman işıqlar sönüb və ölkənin ali qanunvericilik orqanının üzvləri pis duruma düşüblər.

Görəsən, millət vəkilləri ölkənin və özlərinin üzləşdikləri bu durumu bir neçə gündən sonra parlamentin müzakirəsinə çıxaracaqlarmı?

Lent.az-ın “Sahil” metrostansiyasının qarşısında müşahidə aparan əməkdaşının məlumata görə, yarım saatlıq fasilədən sonra elektrik enerjisinin verilməsi bərpa olunub və girişdə dayanan sərnişinlərin bir qrupu içəri buraxılıb. Ancaq bir neçə dəqiqədən sonra qapıdan yenidən bağlanıb. Hazırda “Sahil” metrostansiyasının qarşısında təxminən 300 nəfər sərnişin gözləyir. Ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Stansiyaya giriş və çıxış tamamilə dayandırılıb.

Son məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da stansiyanın qarşısına gəlib, onlar içəriyə daxil olublar. FHN əməkdaşları ətrafda toplaşanlardan uzaqlaşmağı xahiş ediblər. Onlar metronun bu gün işləməyəcəyini bildiriblər. Ancaq bir qədərdən sonra məlum olub ki, metropoliten öz işini davam etdirə biləcək və sərnişinlərin metroya buraxılması bərpa edilib.

Vesti.az saytının xəbərinə görə, metropolitenin elektriki kəsilərkən "Azərenerji" tərəfindən müvafiq sahəyə heç bir xəbərdarlıq etməyib, bu, isə ciddi fəsadlar yaradıb. Qanunvericiliyə görə, "Azerenerji" əvvəlcədən Metropoliten İdarəsinə xəbər verməlidir.

Belə bir versiya da var ki, texnogen fəlakət "Azərenerji"nin özünü də qəfil yaxalayıb və əslində nə baş verdiyini bu strukturda da dərhal bilməyiblər. 

Maraqlıdır ki, "Yeni Müsavat"ın iki gün öncə (bazar günü)çıxan sayının manşet xəbəri "Azərenerji"nin yarıtmaq fəaliyyəti ilə bağlı idi. Məqalədə qeyd olunurdu ki, yağan qar elektrik təchizatının bərbad gündə olduğunu, bu sahədə sabotaj ehtimalının yüksəkliyini göstərdi. Göründüyü kimi, cəmi 3 günlük fasilədən sonra sözlərimizin dürüst olduğu təsdiqləndi. Ortaya çıxdı ki, bu sahədə heç bir irəliləyiş yoxdur, qüsurlar, nöqsanlar aradan qaldırılmır.



BABH     Fevral 9, 2010 19:53
Şərhlər(0)    8 oxunma
Güzey Azərbaycan, Kürd-Teror, İqtisad, Hadisə    

İran türklərinin «Barselona»sı

08.02.2010 Xədicə İsmayılova

۞BABH۞  GünAzTv: Tehranda «İstiqlal» - «Traktorsazi» oyunuİranda bəzən futbol azarkeşi olmaq da təhlükəli ola bilər. Əvvəllər Azərbaycanlılar doğma dilində təhsil istədiyinə görə həbs olunurdusa, indi doğma şəhərinin futbol komandasının təbliğinə görə də zindana düşmək olar. Hər halda Təbrizin «Traktorsazi», yaxud təbrizlilər dediyi kimi, Tiraxtur komandasının azarkeşlərinin son həftələrdə yaşadıqları bunu göstərir. 

FUTBOL EŞQİNƏ HƏBSƏ DÜŞƏNLƏR

«Biz bir yerdə maşınla gəlirdik, qarşımızı kəsdilər tutdular apardılar. Sonra məni buraxdılar, qardaşım qaldı. Sonra iki gün axtardıq, məlum oldu ki, Ettelaatın əlindədir» 

Buunu Təbriz sakini Hüseyn Səduqi deyir. Onun qardaşı Abdulla Səduqini bu il yanvarın 18-də futbola sevgisinə görə həbs ediblər. O vaxtdan bəri Abdulla Səduqi ailəsi ilə görüşməyib. Ona qarşı rəsmən ittiham irəli sürülməyib. Amma onu da, digər təbrizlilər Əlirza Hüseynzadə və Əli Afiyəti də yaydıqları futbol afişaları ilə bağlı həbs ediblər.

İndi zəmanətlə azadlığa buraxılan Əlirza Hüseynzadə də deyir ki, onlar azarkeşi olduqları futbol klubunun posterlərini yaydıqları üçün saxlanılıb, sorğu-sual ediliblər:

Davamı...

BABH     Fevral 9, 2010 18:43
Şərhlər(0)    10 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, Dünya, Tarix, İdman    

İranın ”Səhər” telekanalı Azərbaycana qarşı təxribatlarına dəvam edir

۞BABH۞  GünAzTv: İranın “Səhər” telekanalı Azərbaycana qarşı təxribat xarakterli videoçarx yayımlayıb. Kanalın “Kompas” proqramında efirə gedən videoçarxda İsrail-Fələstin müharibəsi zamanı Qəzzada qətlə yetirilən uşaqların görüntüləri, İsrail rəsmiləri ilə yanaşı Azərbaycanın dövlət xəritəsi də yer alib.

Maraqlıdır ki, Qəzzada can verən uşaqların kadrlarının ardınca kontekstə uyğun olmayaraq Azərbaycan prezidenti İlham Əliyevin yer aldığı kadr da nümayiş olunub. Bundan əlavə həmin hadisələr fonunda Azərbaycan ordusu göstərilir, tez-tez İsrail-Azərbaycan bayraqlarının yanaşı kadrları, iki ölkə rəsmilərinin görüşləri nümayiş olunub. Təxribat xarakterli videoçarxda hadisələr açıq-aşkar kontekstdən çıxarılır və tamaşaçıda yanlış təəssüratın oyadılmasına cəhd edilir.

GünAzTv mətbuat mərkəzinin ans-ə istinadən yaydığı məlumata görə, “Səhər” telekanalının rəsmi Bakı ilə Tehran arasında ikitərəfli münasibətlərə xələl gətirən reportajları ilə bağlı İranın Azərbaycandakı səfirliyinin mövqeyini öyrənmək mümkün olub. İran hökumətinin bununla bağlı hər hansı tədbir görüb-görməyəcəyi ilə bağlı məsələyə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami aydınlıq gətirib.

“Mənim əqidəm budur ki, hər iki ölkədə media iki ölkənin və iki xalqın münasibətlərini möhkəmləndirmək üçün çalışmalıdır. Sizin ölkədə də bəzi media qurumları var ki, bu sahədə işləmir. Mən hər iki tərəfin mediasından istəyirəm ki, iki prezidentin iradəsini əks etdirən siyasəti, qardaşlıq və dostluğu daha da zənginləşdirmək üçün çalışsınlar”, - deyə o vurğulayıb.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov isə ANS-ə açıqlamasında bildirib ki, “Səhər” telekanalında yayımlanan videoçarxla bağlı səfirlik araşdırmalara başlayacaq. Axundovun sözlərinə görə, belə videoçarxların yayımlanması təxribat xarakteri daşıyır, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığa və münasibətlərə kölgə salmaq məqsədi güdür.

Onu da qeyd edək ki, fevralın 5-dən İranın “Səhər” telekanalı bu videoçarxın yayımlanmasını müvəqqəti dayandırsa da, bu gündən yenidən onun nümayişinə başlayıb. Bu telekanalda Azərbaycana qarşı verilən ənənəvi təxribat xarakterli məlumatların sayında da son günlər kəskin azalma müşahidə olunurdusa, İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya səfəri ərəfəsində yenidən belə məlumatların sayı artıb.



BABH     Fevral 9, 2010 17:28
Şərhlər(0)    5 oxunma
Siyasət, Güney Azərbaycan, Güzey Azərbaycan, Tarix, Ədabiyyat    

تبریز ده 2 ایسفند ، دونیالیق آنا دیلی گؤنؤ موناسیبتی ایله بیلدیریش یایملاندی

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞  تبریز سسی : اولو تانری نین آدی ایله ــ بیلدیریش : 2 اسفند

((و بیز هئچ پیغمبری گونده رمه دیک مگر اوز میللتی نین دیلینده تا اونلاری آیدینلاتسین و الله هر کیمی ایسته رسه آزغین سالار وهر کیمسه نی ایسته رسه هدایت ائده ر و او عزیز و بیلندیر))             (سوره ابراهیم آیه 4)

بویوک آذربایجان تورک  میللتینه:بیلدییمیز کیمی دیل اینسانین وارلیغی و اونون آیریلماز حیصه سی دیر. اینسانین مدنی,اجتماعی,سیاسی,اقتصادی شخصی یتینین تکاملنده آنا دیلی نین بویوک اهمیتی وار ائله بونا گوره بین الملل جامعه سی آنا دیلی نین اهمیتی نی و انون اویره دیلمه سی نین ضرورتین قبول ائدیب و اونو اساسی اینسان حقی کیمی رسمیته تانییب.

لاکن بونلارا باخمایاراق ایران آدلانان اولکه نین نژاد پرست سیستمی هله ده21نجی عصرده قانون اساسی ده اولان 15نجی و19نجو اصلی لره و آلتینا امضا آتدیغی بین الملل معاهده لره ضید اولاراق غیر فارس میللت لرین دیلینی قاداغان ائدیب و محو ائله مکده ن ال چکمه ییر. شهرلر کندلر و بوتون یئر آدلارینی ده ییشدیریلیرآنا دیلده اینسان آدلارین قاداغان ائدیر وایش یئرلرینده آنا دیلده اولان تابلولار زوراکیلیقلا  ده ییشدیریب فارسلاشدیریلیر.

بیزده بیر میللت اولاراق بو غیری اینسانی و ضید بشری سییاست لره سون قویماق اوچون الیمیزده ن گله نی اسیرگه مه ییب واوشاقلاریمیزا وایش یئر لریمیزه تورک آدلاری قویاراق آنا دیلیمیزین رسمی لشمه سینه چالیشمالی ییق.نئجه کی بنگلادش میللتی 1952اینجی ایلین فئورال آیی نین 21(2اسفند)پاکستان دوولتی نین شوونیستی سییاستینه قارشی اوز آنا دیل لرینین آزاد اولماسینی طلب ائدیرلر آنجاق پاکیستان پلیسی و امنییتی قووه لری هوجومونتیجه سینده 3 نفر شهید ائدیلیر.

لاکین بنگال میللتی بونا باخماراق اوز حق یول لارین داوام ائتدیریب ونهایت 1999نجو ایلده بنگلادش نماینده لری 21 فئورال (2اسفند) همان شهیدلرین نامینه انا دیلی گونو آدلانماسی اوچون مراجعت ائتدیلر و یونسکو سازیمانی نوبتی ایجلاسدا بوگونو دونیا آنا دیلی گونواعلان ائدیب وبوتون دوولت لره بیلدیردی کی21فئورال(2اسفند) گونوآنا کیمی عزیز لنمه لیدیر.

بیزده دونیانین بوتون شرفلی و باش اوجا میللت لری کیمی بو گونو (2اسفند) آنا دیلی گونو اولاراق مختلیف شکیلده ده یرلندیریب وعزیز له مه سی اوچون حاضیر اولمالییق. 

عزیزله مه گونو                 یکشنبه 2 اسفند             آذربایجان میللی حرکتی- تبریز



گزارشی از فعالیت های تبلیغی و ملی گرایانه برای بازی تیم تراکتور سازی تبریز و سایپای کرج

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞  تبریز سسی : در حالی که کمتر از دو هفته به برگزاری بازی تیم های تراکتور سازی و ساپیا در شهر کرج باقی مانده مشتاقان و هواداران تیم تراکتور سازی  خصوصا در شهرهای تهران،قزوین،کرج،زنجان،میانه و سایر شهرهای آذربایجان از هم اکنون با شوق و هیجان خاصی  خود را برای حاضر شدن در استاد یوم ورزشی شهر کرج آماده می کنند.

در اوضاع سیاسی حساس ایران که روز به روز بر دامنه اعتراضات مردمی در شهرهای فارس نشین افزوده می شود ملت آذربایجان نیز بعد از سکوت سیاسی پر معنایش در حوادث پس از انتخابات، درحرکتی جالب و مدرن بازی های تیم تراکتور سازی در تبریز و سایر شهرها را به محل ابراز مطالبات و اعتراضات ملی خود کرده اند.

با اینکه تعدادی از فعالین حرکت ملی آذربایجان با اتهام مضحک هواداری از تیم تراکتور سازی در بازداشت نیروهای امنیتی  به سر می برند و اخیرا نیزدربازی های تیم تراکتور سازی برای مقابله با شعار های ملی گرایانه جوانان آذربایجانی شاهد مانورهای  پلیسی می باشیم ولی روز به روز بر محبوبیت تیم تراکتور سازی در بین جوانان آذربایجانی افزوده شده و شعار های ملی گرایانه در بازی های این تیم فوتبال ماهیتی فراتر از یک بازی فوتبال به خود گرفته است. برای بازی دو تیم تراکتور سازی تبریز و سایپای کرج از هم اکنون فعالیت های تبلیغی گسترش یافته، جمعی از فعالین ملی آذربایجان در شهر تهران و کرج با صدور بیانیه ای از عموم ترک های آذربایجانی دعوت کرده اند روز سی ام بهمن ماه بیشتر و منسجم تر از بازی استقلال تهران و تراکتور سازی تبریز در استادیوم کرج حاضر شوند. از شهرهای اردبیل،زنجان،اورمیه خبرمیرسد هواداران تیم تراکتور سازی با ارسال پیام های کوتاه تلفن همراه به تبلیغ سی ام بهمن مبادرت کرده اند در شهر تبریز نیز از روزها قبل مردم به رزرو بیلط قطارها روی آورده اند. در بازار بزرگ شهر تهران که عمدتا اصناف آن را تجار آذربایجانی تشکیل می دهند بازاریان خود را برای حضور در استادیوم شهر کرج آماده می کنند. در حرکتی دیگر سی دی تصاویر شعار های ملی گرایانه جوانان آذربایجان در بازی های مختلف تیم تراکتور سازی و راهپیمایی های بعد از بازی  که با شعارهای استقلال آزادی جمهوری آذری – تورک دیلینده مدرسه اولمالی دیر هر کسه – آذربایجان بیر اولسون ایسته مین کور اولسون – هارای هارای من تورکم -  نه ساغچیق نه سولچو میلتچیک میلتچی- آذربایجان یوردوموز  تراختور بوزقوردوموز – و...  توام است با کلیپ ها و آهنگ های حماسی آذربایجان  منقوش به سمبل حرکت ملی آذربایجان با هلال و ستاره مشکی به صورت گسترده در شهرهای مختلف آذربایجان در حال پخش شدن می باشد. این سی دی تبلیغی که در قسمت پایانی آن از ملت آذربایجان خواسته شده استادیوم های ورزشی را به عرصه اعتراضات ملی خود تبدیل کننده به دلیل حواشی جالب بازی ها با استقبال عمومی روبرو در بین جوانان با اشتیاق فراوان دست به دست می شود.



BABH     Fevral 9, 2010 17:14
Şərhlər(0)    10 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, Dünya, İdman, Ədabiyyat    

ادعاهای دروغین ارامنه باز هم در دستور کار کنگره آمریکاست

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞  تی آر تی : کنگره ایالات متحده آمریکا،امسال نیز پیش نویس قانونی که از حکومت اوباما می خواهد تا وقایع سال ۱۹۱۵ به عنوان نسل کشی قبول نماید را در دستور کار خود قرار داد.


پیش نویس مذکور، در ۴ مارس در کمیته روابط خارجی مجلس نمایندگان کنگره آمریکا مذاکره خواهد شد.

هووارد برمان، رئیس این کمیته از حزب دموکرات اعلام کرد، من خواهان به رای گذاشته شدن این لایحه در همان روز درمجلس نماینگان می باشم.

این رویداد سبب ممنونیت دیازسپورای ارمنی که از بهبودی روابط ترکیه- ارمنستان ضربه سنگینی خورده بودند، گردید.

باراک اوباما رئیس جمهور آمریکا سال گذشته در پیام سالانه خود در ۲۴ آوریل ضمن خود داری از استفاده از عبارت نسل کشی، حوادث سال ۱۹۱۵ را فاجعه بزرگ خواند.

این کارنیز به شکل تلاش حکومت اوباما برای جلو گیری از صدمه زدن به روابط دوجانبه با ترکیه و اجتناب از ضرر زدن به روند عادی شدن روابط آنکارا – ایروان ارزیابی گردید.

دیاسپورای ارمنی ، با مطرح کردن دوباره این لایحه در نظر دارد، قبل از ۲۴ آوریل آنکارا را زیر فشار قرار دهد.



TALIŞ SEPARTAÇILARI RUSİYA KANALLARINA AYAQ AÇDILAR

Əlikram Hümbətov isə daha bir idbarlıq edərək talışları "əzilən xalq" adlandırdı

Moskva şəhər merliyi separatçı talışlar və PKK-çılara eyni binada ofis yeri verib 

۞BABH۞  www.musavat.com: Azərbaycana qarşı düşmənçilik və bölücülük fəaliyyəti ilə gündəmə gələn talış serepartçıları öz çirkin əməllərini icra etməkdə davam edirlər. Bu dəfə isə Rusiya Federasiyasındakı "Talış diasporası"nın sədri, qatı separatçı, eyni zamanda mütəmadi olaraq Azərbaycana qarşı öz radikal çıxışları ilə seçilən İsmayıl Şabanov "Russkaya Slujba Novostey" (xrebet) verilişinin qonağı olub və "Poçemu Baku boitsya talışskoqo separatizma" mövzusunda fikirlərini söyləyib.

Dmitriy Starostinqaynar.info eksklüziv olaraq xəbər verir ki, proqramın aparıcısı Dmitriy Starostin veriliş zamanı Azərbaycanda yaşayan milli azlıqlar barədə müzakirələr aparılacağını bildirməklə yanaşı, studiyanın qonağı İ.Şabanovu Rusiya Federasiyasındakı "Talış diasporası"nın rəhbəri kimi təqdim edib və qısa şəkildə sonuncunun tərcümeyi-halını dinləyicilərin diqqətinə çatdırıb. Aparıcının sözlərinə görə, İ.Şabanov 1965-ci il aprelin 4-də Azərbaycan SSR-in Lənkəran rayonunun Havzava kəndində anadan olub, V.P.Qoryaçkin adına Moskva Dövlət Aqro-Mühəndislik Universitetini bitirib və 1987-ci ildən komsomol və partiya işində çalışıb. Daha sonra "talış mövzusu" ətrafında diskussiyalar başlayıb. Aparıcı son zamanlar guya ölkəmizdə talış probleminin açıq şəkildə qabardığını vurğulayaraq, İ.Şabanovdan talışlar haqqında qısa məlumat verməsini xahiş edib.

Davamı...

FÜZULİ ƏLƏKBƏROVUN KADRI 144 AİLƏNİ ÇÖRƏKSİZ QOYUB

Cangüdən icra başçısının bitməyən hoqqaları

Oğuzun İH başçısı Aydın Əlihüseynov “fövqəlnazir”dən sonra indi də prezidenti aldadır; ortada milyonlarla yeyinti faktı var 

۞BABH۞  www.musavat.com Oğuzun icra başçısı Aydın Əlihüseynovun yeni gizlinləri üzə çıxıb. Aldığımız ən son məlumatlarda deyilir ki, icra başçısı prezidentin sərəncamını həyata keçirmək üçün saxtakarlığa əl atıb. Belə ki, prezidentin imzaladığı sərəncama görə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar su quyularının, kəmərin keçdiyi təhlükəsizlik zolağının altına düşən torpaqların sahiblərinə rayon ərazisində torpaq ayrılmalıdır. Oğuzda isə 144 belə ailə var. Lakin rayonun dövlət ehtiyat fondunda olan 4 min 500 hektarlıq torpaq sahələrində icra başçısı taxıl əkdirdiyindən prezidentin sərəncamının icrasını yerinə yetirmək mümkün olmayıb. Buna görə də Aydın Əlihüseynov çıxış yolu kimi sahibkarların torpaqlarına göz dikib.

A.Əlihüseynov öz saxtakarlığına fövqəladə hallar naziri Kamaləddin Heydərovu da şərik etmək istəyib. K.Heydərovun apartdığı yoxlama isə başçının ona yalan məlumatlar verməsini üzə çıxarıb. “Fövqəlnazir” isə ona yalan satanları bağışlamır.

Davamı...

BABH     Fevral 8, 2010 15:50
Şərhlər(0)    11 oxunma
Güzey Azərbaycan, Kürd-Teror, İqtisad    

Tıraxtur Tərəfdar Baxımından Realmadrid-dən Sonra Dünyada İkinci Komandadır

 Tıraxtur komandasının Tərfdarları Liderdilər

(http://fans.football3.ir/stats)

  ۞ Tıraxtur komandası Güney Azərbaycanlılardan səs gözləyir ۞

  Tikləyin  



BABH     Fevral 7, 2010 22:42
Şərhlər(0)    12 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, Dünya, İdman, Ədabiyyat    

Azərbaycan milli komandası Avropa çempionatında tanış rəqiblərlə üz-üzə

۞BABH۞ Bu gün Polşanın paytaxtı Varşavada futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb.

Lent.az—ın məlumatına görə, püşk öncəsi 51 ölkə 6 səbətə bölünüb.

Azərbaycan milli komandası sonuncu səbətdə Andorra, Farer adaları, Lüksemburq, San-Marino və Malta ilə birgə yer alıb. Püşk zamanı isə bu komandalar 9 qrupdan ilk 6-a bölüşdürülüblər. Yığmamızın A qrupunda yer alacağı müəyyənləşib. Rəqib qismində isə millimizə tanış rəqiblər - Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan qismət olub.

Digər qrupların tərkibi:

B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra

C qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer adaları,

D qrupu: Fransa, Rumıniya, Bosniya və Herseqovina, Belarus, Albaniya, Lüksemburq

E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino

F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta

G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya

H qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya

İ qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn

Davamı...

BABH     Fevral 7, 2010 22:12
Şərhlər(0)    12 oxunma
Güzey Azərbaycan, Dünya, İdman    

Dünya-ANA DİLİ- günü ilə bağlı Lids şəhərində Azərbaycan qonaqlığı olacaqdır

۞BABH۞ 

Azer Turk Association Yorkshire
SOUTH AZERBAIJANI CULTURAL DAY celebrating
INTERNATIONAL MOTHER TONGUE DAY Which includes traditional music and dance as
well as GünAzTv: Azer Turk Association Yorkshire
SOUTH AZERBAIJANI CULTURAL DAY celebrating
INTERNATIONAL MOTHER TONGUE DAY which includes traditional music and dance as
well as classical poetry.
Tuesday 23rd Feb 2010, 4 - 7pm @ Leeds Central Library Calverley Street, Leeds, West Yorkshire LS1 3AB

Dünya - ANA DİLİ - günü ilə bağlı Lids şəhərində 23.02.2010, saat 16:00 dan 19:00 dək Leeds Central Library Calverley Street, Leeds, West Yorkshire LS1 3AB adresində Azərbaycan qonaqlığı olacaqdır. Muzik, Rəqs, və Şe'r.Hörmətli qonaqları görməyi ümid edirik. Giriş sərbəstdir



Xocalı faciəsi ilə bağlı BMT-nin baş ofisi qarşısında etiraz aksiyası keçiriləcək

۞BABH۞  GünAzTv: BMT-nin Nyu-Yorkdakı baş ofisi qarşısında Xocalı soyqırımı ilə bağlı yürüş keçiriləcək. tədbir Azərbaycan diaspora təşkilatları və tələbələr tərəfindən təşkil olunacaq. ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) Azərbaycan diaspora təşkilatları bütün türkləri və azərbaycanlıları Xocalı qətliamını yad etmək üçün tədbirə qatılmağa dəvət edib.

GünAzTv mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, Türk diasporu və bir çox sadə amerikalılar geniş miqyaslı aksiyanı dəstəkləyəcək. Tədbir fevralın 25-də BMT-nin iqamətgahı qarşısında keçiriləcək. Aksiyanın əsas məqsədi qətliama və həqiqi tarixə diqqəti cəlb etmək, BMT-nin Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır.Aksiyanın qətnaməsi səfirliklərə göndəriləcək.



تماشاگران تیم تراختور صدای سایت شونیستی تابناک را هم درآورد

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞  اؤیرنجی: سایت تابناک که در راستای افکار شونیستی خود بارها بر ضد آذربابجان و تورکها اقدام به پخش اخبار نادرست کرده است، این بار هم تیم تراختور، مسئولانش و تماشاگران آن را نشانه گرفت. سایت تابناک در خبری با تیتر «استمرار رفتارهای غیرمسئولانه درباره تراکتورسازی؛ سوءاستفاده علنی از احساسات پاک آذری‏ها» در پی تخریب تیم تراختور آذربایجان قلم فرسایی نموده است. در بخشی از این خبر مغرضانه چنین آمده است:

«در همین شرایط بود که پرشورترین هواداران حاضر در لیگ برتر فوتبال ایران با تحریک برخی عوامل حاضر در کنار این تیم و عوامل خارجی که بعضاً با انگیزه‏های سیاسی دست به چنین اقداماتی می‏زدند مواجه شدند و شعار "ترکتورسازی، تیم همه ترک‏های ایران" را بارها و بارها تکرار کردند و حتی ترک شیراز، ترک قزوین و ترک زنجان را هم در ردیف هواداران این تیم قرار دادند، حال آنکه بسیاری از آذری زبانان طرفدار تیم‏های دیگر از جمله پرسپولیس، استقلال و یا تیم‏های بومی خودشان هستند و تعصب نسبت به این تیم که در گذشته اینچنین شدید وجود نداشت، عمدتاً در سه استان آذربایجان غربی، آذربایجان شرقی و تا حدودی نیز اردبیل مشهود بوده است.

با این حال برخی مدیران و مربیان همچنان سوء استفاده از روحیات قومی گرایی را مقدم بر مسائل فنی کرده و هر روز به نوعی با بیان ادبیاتی خاص پیرامون هواداران این تیم، به تحریک فضا می‏پرداختند تا تعصب آذری زبانان وطن پرست را شدت ببخشند و از این عرق  و احساسات پاک سوء استفاده کنند.

پرداختن به مسئله هواداران بافرهنگ و پرشور این تیم، پس از باخت یا توقف تراکتورسازی یکی از مواردی بود که معمولاً سایر مسائل و نقدهای فنی را در حاشیه فرو برده و حتی مجموعه‏های مختلف اعم از داوران را مقابل مردم آذری زبان قرار داده‏اند، حال آنکه در بسیاری از این دیدارها، این تیم با مشکلات فنی مواجه بود و اگر هواداران این تیم نبودند، قطعاً در برخی دیدارها، تراکتورسازی نمی‏توانست بخشی از همین پیروزی‏هاش را نیز به دست آورد.

همین امر باعث شد، تشنجات پیرامون نظرسنجی برنامه 90 برای انتخاب پرطرفدارترین تیم لیگ برتر فوتبال بالا بگیرد و دست آخر با تحریک برخی اشخاص، بیش از یکصد هزار هوادار ترکتورسازی در ورزشگاه هفتاد هزار نفری حاضر شود که می‏توانست با تخریب بخشی از ورزشگاه، حادثه‏ای ناگوار را رقم بزند.

این قبیل اتفاقات البته کمترین تعبیر امنیتی نسبت به کل به ماجرا است و اینکه قرار باشد عده‏ای آذری‏ها را با تراکتورسازی در یک ظرف قرار دهند و این تیم را به عنوان آرمان و نماد آذری‏ها برای مقاصد خود معرفی کنند، می‏تواند هزینه‏های فراوانی برای کشور به همراه بیاورد، چرا که همین عده پس از این در صورت در نظر گرفتن محرومیت انضباطی جدی برای این تیم، شعارهای نژادپرستانه سرخواهند داد و در واقع یک قوم را سپر امیال شخصی خویش خواهند ساخت تا می‏تواند منجر به آشوب شود.

اگرچه کمیته انضباطی فدراسیون فوتبال پیرو برخی مکتوبات برای تعدیل اوضاع، برای اشخاص تا اطلاع ثانوی محرومیت قائل شد اما گروهی بر طبل قومی ساختن این تیم می‏کوبند‏ و در همین شرایط است که برخی گروه‏های منتسب به پان ترکیسم پرچم‏ها و نمادهای جدایی‏طلبانشان را نیز به ورزشگاه آورده و رفتارهای خلاف‏شان را تلاش می‏کنند به جمعیت حاضر تسری دهند که همواره با هوشیاری آذری زبانان، درجا با مبلغین چنین حرکات سیاسی که سعی دارند، آذری‏ها را با کاتالان‏ها و باسکی‏های اسپانیا قیاسی غلط کنند و به تحریک مردم وطن دوست بپردازند، برخورد می‏شود.

بر این اساس به نظر می‏رسد، افزایش دقت عمل دستگاه‏های نظارتی در ارتباط با این حرکات به افزایش هوشیاری مردم خونگرم آذری زبان در فاصله گرفتن از اشخاص شیادی که قصد دارند با سوءاستفاده از احساساتشان به مقاصد اقتصادی یا سیاسی خود دست یابند، کمک ویژه‏ای خواهد کرد تا حساب خود را از این عده جدا کنند و با فاصله گرفتن از گروهی که اهدافی غیر از شور و نشاط ورزشی را دنبال می‏کنند و نگاهی سیاسی به این باشگاه فرهنگی ورزشی دوخته‏اند، این دسته را در رسیدن به امیال مرض آلود شخصی‏شان ناکام بگذارند. »

این برای چندین بار هست که سایت تابناک اقدام به پخش خبر مغرضانه در باره آذربایجان و تورکها می کند. اسن سایت به عمد با آذربان خواندن تورکهای آذربایجان بزرگترین اهانت را به آنها می کند. سایت اؤیرنجی برای چندمین بار این اقدام یاست تابناک را محکوم و انتشار چنین اخباری را مغایر با اخلاق خبر رسانی می داند. 

لینک خبر تابناک: http://www.tabnak.ir/fa/pages/?cid=84300



BABH     Fevral 6, 2010 23:57
Şərhlər(0)    6 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, Dünya, İdman    

بیانیه جمعي از آذربايجاني‌هاي مقيم تهران و كرج در خصوص بازی تراختور- سایپا

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞  سولدوزخبر : حضور تيم فوتبال تراكتورسازي آذربايجان به عنوان نماد فرهنگ و همچنين وحدت آذربايجاني‌ها در عرصه اول فوتبال ايران باعث ايجاد غرور و انگيزه و يادآور سالهاي نه چندان دور تعصب و حمايت ما از اين تيم قهرمان گرديده است. در اين ميان دشمنان اتحاد آذربايجاني‌ها علاوه بر تلاش در ايجاد اختلاف بين شهرهاي مختلف آذربايجان تلاش بسياري نموده‌اند كه حضور پرشور و پرتعداد ما آذربايجانيهاي استان تهران را در بازيهاي اين تيم در شهر تهران را كم رنگ نشان داده و چنين ادعا نمايند كه تمام طرفداران تراكتور از استان اذربايجان شرقي براي تشويق اين تيم در برابر تيمهاي تهراني در تهران حاضر شده‌اند، در حاليكه خيل عظمي اين تماشاگران، ساكن استان تهران بوده‌اند؛ لذا حضور ما آذربايجانيهاي ساكن تهران با پلاكاردها و پارچه نوشته‌هاي مخصوص خود در بازي تيم تراكتورسازي با ساپيا كرج در 30 بهمن ماه مي‌تواند پاسخي كوبنده براي مدعيان اين طرز تفكر باشد، از طرف ديگر اين بازي فرصتي براي اعلام اعتراض به روند فاشيستي برنامه نود كه سعي در توهين به جامعه فاخر تورك را دارد مي باشد.

همچنين ضمن احترام به هموطنان ساكن استانهاي آذربايجان از آنها تقاضامنديم تشويق اين بازي را بر عهده ما گذاشته و فقط ار تركهاي ساكن تهران وكرج براي حضور و تشويق در اين بازي دعوت به عمل آورده و از تبليغات ديگر به جز اين اعلاميه براي حضور خودداري نمايند.

ميعادگاه طرفداران: ورزشگاه اقلاب كرج 30 بهمن ساعت 15:15 ، بازي: سايپا- تراكتورسازي

تراختور ائل ايستر شرفلي ميللت ايستر

لطفا به ساير هموطنان آذربايجاني استان تهران نيز جهت حضور اطلاع رساني نماييد.

جمعي از آذربايجاني‌هاي مقيم تهران و كرج

Davamı...

BABH     Fevral 6, 2010 23:55
Şərhlər(0)    7 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, İdman    

احداث بزرگراه ایران - ارمنستان

imageبابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞ بیزیم تبریز نیوز: به گزارش بی‌ تی‌ ان به نقل از بولتن خبری مجلس ایران طرح احداث بزرگراه مواصلاتی ارمنستان به ایران به تصویب نمایندگان مجلس ایران رسید.

نایب رئیس کمسیون برنامه و بودجه مجلس ایران گفته است که اين پروژه از سفيدان، خاروانا و نودوز در آذربایجان شرقی‌ عبور کرده و تبريز را به ارمنستان متصل خواهد نمود

گفتنی است که در پی‌ اشغال اراضی‌ آذربایجان در طی‌ سال‌های ۱۹۹۰ تا ۱۹۹۲ که منجر با کشته شدن هزاران مسلمان شیعه و آوارگی بیش از یک میلیون نفر گردید، ارتباط این کشور با همسایگان خود  از طریق مرزهای زمینی‌ تقریبا قطع گردید . در این میان نیز شورای امنیت سازمان ملل با انتشار چندین قطعنامه و محکومیت اشغال اراضی‌ آذربایجان خواستار خروج سریع نیروهای ارمنی از مناطق اشغالی شد

در حال حاضر ایران به عنوان بزرگترین شریک تجاری ارمنستان تامین کننده بخش بزرگی‌ از انرژی و سایر محصولات مورد نیز این کشور است

مرز آذربایجان شرقی‌ و ارمنستان



İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin Bakıdakı evlilik həyatı - görüntülər

“ŞƏMSİYYƏ BƏYLƏRQIZI 1 MİLYON 200 MİN DOLLARIMI MƏNİMSƏYİB”

İranın keçmiş səfirindən şok açıqlama 

۞BABH۞  “Mənim Azərbaycanda ailə həyatı qurmağım və bu barədə İran dövlətini xəbərdar etməməyim barədə Azərbaycan telekanallarında və qəzetlərində yazılanlar tamamilə yalandır”.

Lent.az-ın məlumatına görə, bunu ANS PRESS-ə açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib. Hazırda İranda olan keçmiş səfirin sözlərinə görə, bütün yazılanlar ona atılan böhtandır.

Xatırladaq ki, bir müddət əvvəl Əfşar Süleymaninin İranda həbs olunması barədə xəbər yayılmışdı. “Xural” qəzetinin yazdığına görə, Tehran məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Daha sonra isə diplomat 2500 dollar girov müqabilində sərbəst buraxılıb. Qəzetin yazdığına görə, keçmiş səfir Azərbaycanda çalışarkən burada növbəti dəfə ailə qurması barədə ölkəsinə məlumat verməyib. Bu isə İran qanunlarına ziddir. Məhkəmə iddiasının isə onun Azərbaycandan olan həyat yoldaşı Şəmsiyyə Bəylərqızı tərəfindən qaldırıldığı bildirilir.   Davamı...

+  ŞƏMSİYYƏ BƏYLƏRQIZI ƏFŞAR SÜLEYMANİYƏ CAVAB VERDİ 

+  İran səfirinin Bakıdakı evlilik həyatından görüntülər yayıldı 

Davamı...

BABH     Fevral 6, 2010 12:53
Şərhlər(1)    17 oxunma
Siyasət, Güney Azərbaycan, Güzey Azərbaycan, Din, Şəkil, Mədəniyyət    

Güclü qar Bakını iflic etdi Dərslər təxirə salındı; qatarlar yollarda qaldı; işıq və qaz kəsildi (fotolar)

baki_qar1

۞BABH۞ Azadliq.az: Fevralın 4-dən 5-nə keçən gecədən başlayaraq yagan qar Bakıda ciddi problemlər yaradıb. Qarın çovğunla müşayiət olunması isə vəziyyəti daha da ağırlaşdırıb.
Hazırda paytaxtın bəzi yerlərində elektrik enerjisi, başqa ərazilərində isə qaz kəsilib. Yollarda gediş-gəliş çətinləşib. Avtobus və avtomobillərin sayı azalıb. Bəzi yerlərdə avtomobillərin yollarda ilişib qalması tıxaclar yaradıb.
Bir sıra yerlərdə yüngül qəzalar qeydə alınıb. Şəhərin bəzi yolları isə ümumiyyətlə, bağlanıb.
Bakı aeroportunun fəaliyyəti dayanıb. Kiyev və Londondan gələn təyyarələr Gəncədə yerə enməli olub.
Rayonlararası işləyən dəmiryol qatarlarının hərəkətində gecikmə və fasilələr yaranıb. Bir sıra istiqamətlərdə qatarlar yollarda qalıb.
Pis hava şəraiti məktəblərin də bağlanmasına səbəb olub. Təhsil Naziri Misir Mərdanov jurnalistlərə deyib ki, fevralın 5-i və 6-da dərslər olmayacaq, növbəti həftəyə qədər isə havaların açılacağına ümid var. Bununla belə, məktəblər rəsmən bağlanmayıb. Mərdanov deyib ki, əgər fövqəladə hal olarsa və hökumət qərar verərsə, məktəblərdə təhsil müəyyən müddət dayandırıla bilər.

Yollarda hərəkət dayanıb, aeroport bağlanıb, çovğun göz açmağa imkan vermir

Pis hava şəraiti 3 gün davam edəcək; teperatur 8-12 dərəcə aşağı enəcək

Bu gecədən başlayaraq ölkə ərazisində hava şəraiti yenidən kəskin dəyişib. Yaxın 3 gün ərzində paytaxt da daxil olmaqla respublika ərazisində qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosunun məlumatına görə, şimal və cənubdan soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu 8-12 dərəcə aşağı enəcək (ANS).
Bu müddət ərzində sürəti saniyədə 28-30 metrə çatacaq şimal-qərb küləyinin əsməsi də bəzi yerlərdə çovğunla nəticələnəcək.
Bölgələrdə də qarlı hava hökm sürəcək. Xüsusən, dağlıq ərazilərdə temperatur kəskin aşağı düşəcək.
Yağıntının güclü küləklə müşayiət olunması nəqliyyatın hərəkətini çətinləşdirib. Hazırda əksər istiqamətlərdə nəqliyyatın, xüsusilə sərnişin avtobuslarının hərəkətində ciddi problemlər törədir. Bəzi istiqamətlərdə uzun tıxaclar yaranıb. Çətin hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb.
Ölkəyə gələn aviareyslər qəbul olunmur və Bakıdan xarici ölkələrə uçuşlar yerinə yetirilmir.

Davamı...

BABH     Fevral 5, 2010 22:01
Şərhlər(0)    7 oxunma
Güzey Azərbaycan, İqtisad, Hadisə    

Bicarda növbəti olaraq Azərbaycanlı əsgər öldürülüb

GünAzTv: bir neçə ildir ki Gorus bölgəsində Azərbaycanlı gənclərin sıra qətli baş verir.

۞BABH۞ Sayınqalalı Yusif Fərmaninin ETTELAATda (İran Kəşfiyat Nazirliyi) öldürülməsi, Təbrizli əsgər Bayram ...nın Bicar Sepahında (İran Keşikçilər Korpusu) ölümü, Bicarlı yeniyetmə Əli Xudabəndəlunun Bicar müstəntiqi əlində ölməsi və eləcədə Bicarın “top ağac” kəndindən olan Əbuzər Nəcəfiyanın Sepahda şəhid olması. Hər sağlam düşüncəli insanı düşündürməsi laımdır.

Adını çəkdiyimiz bəndlər ancaq “bicar” saytının əldə etdiyi məlumatdan ibarətdir. əlbəttə ki Faciə bununla məhdudlaşmır.

Diqqətə layiq məqam ondan ibarətdir ki, qatillər kürd və həlak olanlar türkdür. Yəqin ki millətimiz bu kimi məsajlardan nəticə çıxarardacaq. Azərbaycana çağrılmamış qonaqların necə qonaq olacaqlarını neçə ki gec deyil anlayaq!. /www.gunaz.tv/



BABH     Fevral 5, 2010 18:27
Şərhlər(0)    8 oxunma
Güney Azərbaycan, Kürd-Teror, Dünya    

BU İL XOCALI HADİSƏLƏRİNƏ SİYASİ QİYMƏT VERİLƏCƏYİ GÖZLƏNİLİR

Aynur Quliyeva: “Nə parlament, nə dövlət bu prosesdən kənarda qala bilməz”
Arzu Səmədbəyli:
“Düşünmürəm ki, bu il nə isə yeni bir iş görüləcək”
Zahid Oruc: “Hadisənin beynəlxalq miqyasda tanınması istiqamətində çalışmalıyıq”
 

۞BABH۞  Xocalı hadisələrinin növbəti ildönümü gəlir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının birlikdə həyata keçirdikləri əməliyyat nəticəsində 7 minlik şəhər yerlə-yeksan edilib. Dəhşətli soyqırımı zamanı Xocalı əhalisindən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirə məruz qoyulub.

Aynur QuliyevaNə qədər ağır olsa da, ötən müddət ərzində bu hadisənin siyasi qiyməti hələ də verilməyib. Milli Məclisin bu sessiyasında soyqırımının tanınması ilə bağlı qanun qəbul oluna bilərmi?
Deputat Aynur Quliyevanın sözlərinə görə, parlamentin yaz sessiyasının ilk iclasında bu məsələ qaldırılıb: “Deputat həmkarlarım təklif etdilər ki, parlamentdə bir daha Xocalı soyqırımı ilə bağlı dinləmələr keçirilsin və ötən dəfə etdiyimiz kimi dünya ölkələrinin parlamentlərinə bu soyqırımını tanımaq üçün müraciət edək. Mən parlament rəhbərliyinin münasibətindən belə anladım ki, bu məsələyə isti yanaşdılar. İnanıram ki, fevralın 26-na qədər parlamentdə belə bir dinləmələr keçiriləcək. Bu, elə bir məsələdir ki, nə parlament, nə dövlət bu prosesdən kənarda qala bilməz”. Aynur xanım qeyd etdi ki, Ermənistan olmayan bir soyqırımını tanıtdırmaq yönündə çaba göstərir: “Biz isə təəssüf ki, bu boyda həqiqətə hələ dünyanın diqqətini lazımınca yönəldə bilməmişik. Ona görə də görüləsi çox böyük işlər var və parlament də bu istiqamətdə öz əməyini əsirgəməyəcək”.

Zahid OrucDeputat Zahid Oruc isə parlamentin Xocalı soyqırımına artıq qiymət verdiyini dedi: “Xocalı hadisələrinə 1993-cü ildə müəyyən qiymət verməyə çalışıblar. Lakin 1994-cü ildə geniş parlament müzakirələri nəticəsində yekun bir sənəd qəbul olunub. Həmin sənəddə 26 fevralın soyqırımı günü kimi qəbul olunması, hadisənin soyqırımı kimi qiymətləndirilməsi yönündə müddəalar əksini tapıb. Ondan sonra da bu hadisələrin hüquqi qiymətləndirilməsi üçün Respublika Prokurorluğu tərəfindən böyük iş başladılıb. 1997-ci ilin may ayında həmin işlərin ümumi qiymətləndirilməsi olub. Prokurorluq bu hadisələrdə günahı olan 366-cı motoatıcı diviziyanın, yardımçı olan qüvvələrin adbaad siyahısını verib”. Z.Orucun sözlərinə görə, Heydər Əliyev Fondunun bu istiqamətdə başladığı kampaniya dəstəklənməlidir. Deputat “Xocalı soyqırımı haqqında” qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etdiyini də bildirdi. Onun sözlərinə görə, məclis aparatında sənədə ilkin dövrdə müsbət reaksiya verilib və müəyyən araşdırma aparılacağına, beynəlxalq qiymətin verilməsi ilə paralel qanunun qəbul olunacağına söz verilib: “Layihədə soyqırımını tanımayanlara cəza məsələsi, həmin günün tarix kimi orta məktəblərdə tədris edilməsi, Xocalıya soyqırımı qurbanı şəhəri statusunun verilməsi, soyqırımı şəhidlərinin və əlillərinin fərqləndirilməsi, həmçinin dövlət qurumlarının vəzifələri nəzərdə tutulur”. Deputat hesab edir ki, qanun layihəsini beynəlxalq rəyi gözləmədən də qəbul etmək olar".

Arzu SəmədbəyliMüsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli parlamentin hadisəyə guya siyasi qiymət verməsi ilə bağlı iddiaları xatırlatdı. Həmçinin qeyd etdi ki, Müsavat deputat qrupu parlamentə “Xocalı soyqırımı haqqında” qanun layihəsi təqdim edib: “Təəssüf ki, digər çoxsaylı qanun layihələri kimi bu qanun layihəsi də müzakirəyə çıxarılmır. Hesab edirik ki, o qanun layihəsi müzakirə olunmalı idi. Xüsusilə fevralın 26-na qədər onun müzakirə edilib qəbul olunması çox yaxşı olardı. Çünki nə özləri ortaya bir qanun layihəsi qoyurlar, nə də müxalifətin işləyib hazırladığı layihəni qəbul edirlər. Düşünmürəm ki, bu il nə isə yeni bir iş görəcəklər. Yəqin ki, həmişəki kimi ziyarət olacaq, həmin günlə əlaqədar təbdirlər keçiriləcək, bununla da işlərini bitmiş hesab edəcəklər”. Qeyd edək ki, Müsavat deputat qrupunun təqdim etdiyi qanun layihəsində hadisənin soyqırımı olmadığını iddia edənlərin cinayət məsuliyyətinə cəlb olunması və s. kimi müddəalar var. /www.musavat.com-HƏBİBƏ/



Bakıya güclü qar yağıb

Yaxın 3 gün ərzində paytaxt da daxil olmaqla respublika ərazisində qar yağacaq 

۞BABH۞  Bu gecədən başlayaraq ölkə ərazisində hava şəraiti yenidən kəskin dəyişib. Yaxın 3 gün ərzində paytaxt da daxil olmaqla respublika ərazisində qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosunun məlumatına görə, şimal və cənubdan soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu 8-12 dərəcə aşağı enəcək.

Bu müddət ərzində sürəti saniyədə 28-30 metrə çatacaq şimal-qərb küləyinin əsməsi də bəzi yerlərdə çovğunla nəticələnəcək.
Bölgələrdə də qarlı hava hökm sürəcək. Xüsusən, dağlıq ərazilərdə temperatur kəskin aşağı düşəcək.

Yağıntının güclü küləklə müşayiət olunması nəqliyyatın hərəkətini çətinləşdirib. Nəqliyyatın, xüsusilə sərnişin avtobuslarının hərəkətində ciddi problemlər yaranıb. Bəzi istiqamətlərdə uzun tıxaclar yaranıb. Çətin hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb.

Ölkəyə gələn aviareyslər qəbul olunmur və Bakıdan xarici ölkələrə uçuşlar yerinə yetirilmir. /ANS TV/



BABH     Fevral 5, 2010 15:47
Şərhlər(0)    7 oxunma
Güzey Azərbaycan, Hadisə    

Azərbaycan Ərazilərinin Yenidən Qurulması və Bərpası Agentliyinin sədri: “Qubadakı kütləvi məzarlığın ərazisində ciddi təhlükə yaranıb”

۞BABH۞ APA: Quba. Könül Abdullayeva - APA. Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Azərbaycan Ərazilərinin Yenidən Qurulması və Bərpası Agentliyinin sədri Əli Məmmədov bu gün Qubadakı kütləvi məzarlığa və yaxınlıqdan keçən Qudyalçaya baxış keçirib.

APA-nın şimal bürosunun xəbərinə görə, üç aydan çoxdur, Qudyalçayın sahilində baş verən uçqunlar ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım nəticəsində yaranan kütləvi məzarlıq üçün ciddi təhlükə törədir. Mütəxəssislər çayın yatağında xüsusi bəndlərin vurulmasını zəruri hesab ediblər.

Əli Məmmədov APA-nın şimal bürosuna açıqlamasında həqiqətən də ərazidə ciddi təhlükə yarandığını təsdiqləyib. Onun bildirdiyinə görə, qarşıdakı həftə ərzində ərazidə bəndin vurulması və çayın yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədi ilə xüsusi tədbirlər başlanacaq.
Agentlik sədri, həmçinin onu da qeyd edib ki, Qubadakı soyqırım məzarlığı üçün gözlənilən təhlükə nəzarətdədir və bu təhlükənin aradan qaldırılması üçün müvafiq layihə hazırlanır.



تجمع اعتراضی آذربایجانی ها‌ی مقیم انگلستان نسبت به حضور رئیس جمهور ارمنستان در لندن

imageبابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞ جمعی‌ از آذربایجانی ها‌ی مقیم انگلستان در تماس با بی‌ تی‌ ان از تجمع اعتراضی خود در ۱۰ فوریه در محل سخنرانی‌ سرژ سرکسیان در لندن خبر داده اند.

بر پایه این خبر قرار است سرژ سرکسیان رئیس جمهور ارمنستان در آستانه سالگرد  قتل و عام  و نسل کشی‌ خوجالی در کنفرانسی با موضوع روابط ارمنستان و ترکیه و چالش‌ها و امنیت ارمنستان به سخنرانی‌ بپردازد.

این گروه از آذربایجانی‌ها حضور سرژ سرکسیان در لندن را که از طرف نهاد ها‌ی حقوق بشری به دست داشتن در  قتل و عام مردم بی‌ دفاع قارا باغ متهم است به شدت محکوم کرده و از عموم آذربایجانی ها‌ی مقیم انگلستان درخواست نموده اند که با توجه به همزمانی این کنفرانس با سالگرد قتل و عام خوجالی در این اعتراض شرکت نمایند.

به استناد گزارش فوق این مراسم از ساعت ۹:۰۰ روز چهارشنبه دهم فوریه به مدت ۲ ساعت در مقابل ساختمان محل سخنرانی‌ وی در لندن برگزار خواهد شد
 

 

The Royal Institute of International Affairs

Chatham House, 10 St James's Square

London SW1Y 4LE



7-ci "Dədə Camal" Məclisi keçirildi EKSKLÜZIV

۞BABH۞  borchali.net: “Borçalı” Cəmiyyətindən Borchali.net saytına verilən məlumata görə, cəmiyyətin təsis etdiyi “Dədə Camal”  Məclisinin yanvarın 31-də keçirilən toplantısı önəmli bir mövzuya həsr olunub. “Qərbi Azərbaycan – işğal olunmuş qədim türk torpaqları” mövzusunda keçirilən tədbirdə Qərbi Azərbaycan və Borçalı folkloru, saz-söz sənəti haqqında geniş söhbət açılıb, müxtəlif ifalar səsləndirilib. Məclisdə Borçalı Cəmiyyətinin üzvləri ilə yanaşı millət vəkilləri, Qərbi Azərbaycandan olan qonaqlar, ziyalılar iştirak edib.

Məclisin aparıcısı Elxan Məmmədli “Borçalı” Cəmiyyətinin təkcə Gürcüstanda yaşayan soydaşlarımıza diqqət ayırmadığıını, davamlı olaraq Azərbaycanın və bütövlükdə Türk dünyasının ayrı-ayrı bölgələri ilə Borçalının vəhdətini qurmağa çalışdıqlarını qeyd edib.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli belə bir mövzuda tədbirin keçirilməsinin simvolik məna daşıdığını bildirib: “Hər iki diyarımızda saz-söz sənəti millətimizin diri və duru qalmasının başlıca silahı olub. Düşüncəmizə görə Borçalı hamının, eyni zamanda Qərbi Azərbaycanlıların və bütün türk dünyasının problemidir. Biz ümumilli problemlərimizdə - Qarabağ, Dərbənd, güney Azərbaycan, Qərbi Azərbaycan, Borçalı, demokratiya və s. məsələlərində vəhtəddə olmalı, bütövləşməliyik. Biz Qərbi Azərbaycanın işğal səbəblərini ciddi təhlil etməli, düzgün nəticə çıxartmalı, Borçalının  da Qərbi Azərbaycan aqibəti yaşamasına yol verməməliyik. Biz bütün anlamlarda bütövləşməyə məhkumuq. Hər birimiz hamımız tərəfindən himayəm olunduğumuzu birmənalı hiss etməliyik. Bu milli və dövlət maraqlarımızın tələbidir. Ümidvaram ki, bu gün bu istiqamətdə mühüm addım atılacaq Biz Borçalının fikir coğrafiyasını genişləndirməkdə davam edəcəyik.”

Davamı...

İranda yeni iğtişaşlar gözlənilir

"Yaşıl müxalifət" kütləvi aksiyalara hazırlıq görür

Mirhüseyn Musəvi: "Nə qədər ki, insanların hüquqları bərpa olunmayacaq biz dinc mübarizəmizi davam etdirəcəyik"

۞BABH۞  İran inqilabının 31-ci ildönümüylə əlaqədar fars şovinist rejimi əhalini küçələrə çıxarmaq niyyətindədir. Yetkililər bunun üçün rəsmi səviyyədə bütün dövlət idarələrinə müraciət ediblər. Nəticədə səlahiyyətli qurumlar hamının meydanlara axışması və hakimiyyəti müdafiə etməsi üçün təbliğat aparırlar. Ancaq ölkə müxalifəti də bu fürsətdən yararlanmaq üçün kütləvi aksiyalara hazırlaşır. Bu səbəbdən ölkədə təhlükəsizlik qüvvələrilə müxalifətçilər arasında yeni toqquşmaların yaşana biləcəyi gözlənilir.
Bundan əlavə, xaricdə yaşayan 80 iranlı yazıçı və ictimai-siyasi fəal (Daryuş Aşuri, Mehran Bərati, Rza Bərahəni, Şəhrnuş Parsipur, Medi Xanbaba Tehrani, Əli Keştgər, Abbas Milani, Fərəc Sərekuhi, Ramin Cahanbəglu, Məsih Əlinejad və s.) birgə bəyanatla çıxış edib. Onlar vətəndaşları İslam inqilabının 31-ci ildönümü münasibətilə fevralın 11-də (22 bəhmən) keçiriləcək ənənəvi yürüşə qatılmağa çağırıblar. Bəyanatda son günlər müxalifətçilərə qarşı həyata keçirilən edamlar, qapalı və ədalətsiz məhkəmələr pislənilib. Sənəddə deyilir ki, hakimiyyətin məqsədi xalqı qorxutmaq, azadlıq və demokratiya tələb edən vətəndaşların səsini boğmaqdır: "Amma bu nəticə verməyəcək. İndiki hökmranlar dünyanın digər diktatorlarının aqibətindən dərs almalıdır. Sözsüz ki, belə də olacaq və onlar gec-tez xalqın haqlı tələblərinə və iradəsinə tabe olmalı olacaqlar". Bəyanat müəlliflərinin fikrincə, fevralın 11-də keçiriləcək yürüşə qatılmaqla İran vətəndaşları haqqın zorakılıq və terror yoluylə susdurulmasının qeyri-mümkünlüyünü bir daha nümayiş etdirə bilərlər.

Davamı...

BABH     Fevral 4, 2010 9:55
Şərhlər(0)    9 oxunma
Siyasət, Güney Azərbaycan, Dünya, Hadisə    

Gürcüstan Ombudsmanı Faxralı məscidinin bərpasının yarımçıq qalmasına münasibət bildirib

۞BABH۞  borchali.net: Gürcüstan Ombudsmanı Giorgi Tuquşi Faxralı kənd məscidinin bərpasının yarımçıq qalmasına münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, G.Tuquşi bu məsələ ilə məşğul olduqlarını deyib.

«Həmin kənddə problemlər olduğunu bilirik. Biz oraya getdik və məlum oldu ki, tikintiyə icazə yoxdur. Mövcud problemlərə fəal müdaxilə etmişik və məscidin bərpasına icazə verilməsinə çalışırıq. Bu iş hələ də davam edir. Mən davamlı olaraq əlaqə saxlayıb vəziyyəti öyrənəcəyəm. Lakin tikintinin bərpasına zəmanət verə bilmərəm, çünki bu mənə aid məsələ deyil. Mən yalnız təkliflər verə bilərəm. Düşünürəm ki, bu məsələ öz müsbət həllini tapacaq», deyə Ombudsman vurğulayıb.

Xatırladaq ki, Faxralı kəndində əsası 1905-ci ildən qoyulmuş tarixi məscidin bərpa olunması prosesinin dayandırılmasından 139 gün keçib.



Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanın görkəmli şairi Həbib Sahirin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirəcək

Hörmətli soydaşlar və media nümayəndələri!
 
۞BABH۞  Dünya Azərbaycanlıları Konqresi (DAK) 5 fevral 2010-cu il tarixində saat 16:00-da DAK-ın mərkəzi ofisi İstiqlaliyyət küçəsi 8 ünvanında Güney Azərbaycanın görkəmli şairi Həbib Sahirin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirəcək.
Tədbirdə DAK rəhbərliyiilə yanaşı Azərbaycanın tanınmış şairləri, ədəbiyyatşünasları və ictimai xadimlər iştirak edəcək. Tədbirdə Mərhum Həbib Sahirin həyat və yaradıcılığı haqda geniş məruzə və çıxışlar olacaq.
 
Həbib Sahir - 1903-cü ildə Təbrizdə dünyaya gəlib. Atasını çox erkən itirən H.Sahir ilk təhsilini mollaxanada alıb. Ədəbiyyatşünaslar onu Güney Azərbaycan şerinin qocaman, qərib və tanınmayan ustadı, habelə bütün Azərbaycanın "Viktor Hüqo"su kimi dəyərləndirirlər. Ustad Həbib Sahir bütün varlığını Azərbaycan şeri və milləti yolunda sərf etməsinə baxmayaraq, təəssüflər olsun ki, o taylı-bu taylı yurddaşlarımız bu görkəmli mübariz şairlə çox az tanışdırlar. Bunun da səbəbi ustad Sahirin təvazökarlığı, radio, televiziya və mətbuatdan qaçması, təklik və yalqızlığa üstünlük verməsi, özünü gözdən uzaq tutması olub. O bütün şüurlu həyatını şahlıq üsul-idarəsinə və onu əvəz edən indiki rejimə qarşı kəskin və barışmaz mübarizəyə həsr etmişdi, Azərbaycan türklərinin haqqı məsələsində bir addım da geri çəkilməmişdi. Necə deyərlər, ustad Sahir yalqız yaşayıb, yalqızca da dünyasını dəyişdi.

Onun əhval-ruhiyyəsini təsvir edən bir şerində oxuyuruq:

İstəməm nəxşü-nigarım qala, şerim oxuna,
İstərəm bir gizli həsrət tək ürəklərdə qalam.
Unudarsa məni el, çəkməsə tarix adımı,
İstərəm Aytək, yurd üstə gecə şövq salam.



Amerika kəşfiyyatından açıq xəbərdarlıq

Qarabağda müharibə başlaya bilər

Denis Bler «Rusiya böyük dövlət statusunu təsdiq etmək üçün Silahlı Qüvvələrdən istifadə edir»

۞BABH۞   bizimyol.az: Balkan və Qafqaz regionları əvvəlki kimi stabil deyil və təhlükə mənbəyi olaraq qalır. Bu barədə fevralın 2-də senatda çıxış edən ABŞ Kəşfiyyat Departamentinin (MKİ bölməsi) rəhbəri Denis Bler bildirib. «Turan»ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Bler qeyd edib ki, «Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibə yenidən başlaya bilər».
«Qafqazda həll edilməmiş münaqişələr Avrasiya regionunu alovlandıra bilər», deyə o, Senatda «Birləşmiş Ştatlara cari və mümkün təhlükələr» adlı dinləmələrdə çıxış edərkən bildirib.
Balkanlardakı vəziyyətə toxunan Bler qeyd edib ki, ABŞ Kosovonun müstəqilliyini dəstəkləməkdə davam edəcək.
«Hesab edirik ki, ABŞ və Avropa Şərqi Balkan ölkələrinə böyük təsir göstərir. Vaşinqton, Blüsser və Avropa İttifaqının digər mühüm oyunçularının birgə səylərinin regionun gələcəyinə böyük təsiri olacaq», deyə o qeyd edib.
Gürcüstan-Rusiya münasibətlərindən danışan Bler qeyd edib ki, 2008-ci ildə Gürcüstanla münaqişə Rusiya ordusunun ciddi problemlərini üzə çıxardı. Xüsusən, bu, onun qonşu ölkələrə tələb olunan anda çevik qüvvələr göndərmək iqtidarında olmamasıdır.
«Rusiya böyük dövlət statusunu təsdiq etmək üçün Silahlı Qüvvələrdən istifadə edir. Çox vaxt bu hərəkətlər nümayişkaranə olur», deyə Denis Bler bildirib.



Əliyar Səfərli: İran məktəbləri azərbaycan balalarının beynini zəhərləyir

۞BABH۞ GünAzTv: İran İslam Respublikası Azərbaycanla viza rejimini ləğv etmək barədə qərarını bu günlərdə rəsmi olaraq bəyan etdi. Bundan sonra Azərbaycan vətəndaşları viza almadan İrana gedə biləcəklər. Maraqlıdır ki, İslam Respublikası vizasız gediş-gəlişi jurnalistlərə şamil etməyib. Məsələyə münasibət bildirən Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli "olaylar"-a deyib ki, bunun bir sıra səbəbləri var: "Əsas səbəblərdən biri odur ki, azərbaycanlı jurnalistlər İrana getməsin, bu ölkədə baş verən insan hüquq və azadlıqlarının pozulması faktlarını qələmə almasın, onu dünya ictimaiyyətinə çatdırmasın. Digər bir səbəb odur ki, azərbaycanlı jurnalistlər Güney Azərbaycanla əlaqələr yaratmasın. Çünki Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımızın heç bir hüququ yoxdur və azərbaycanlı jurnalistlər vizasız şəkildə İrana gedəcəkləri təqdirdə orada baş verənləri qələmə alacaq, onu dünya ictimaiyyətinə çatdıracaq. Hazırda Güneydə yaşayan 40 milyon Azərbaycan türkünün mənliyi, milli şərəfi, heysiyyatı alçaldılır. Onlara ana dilində təhsil almağa imkan verilmir. Azərbaycan türkləri farslaşdırılır. Fars məktəbləri Azərbaycan uşaqlarını açıq-aşkar zəhərləyir, onların ruhunu dəyişdirir, mənliyini, şərəfini alçaldır. Bütün bu həqiqətlərin üzə çıxarılmaması üçün İran vizasız gediş-gəlişi jurnalistlərə şamil etmir". Əlyar Səfərlinin sözlərinə görə, İran Azərbaycanla viza rejimini ləğv etməkdə maraqlıdır və buna ciddi cəhdlə çalışır: "İran Azərbaycanla viza rejimini ləğv etməklə İslam inqilabını Azərbaycana ixrac etmək istəyir. Fars rejimi istəyir ki, İranın minlərlə terrorçu və təxribatçıları Azərbaycana sərbəst şəkildə gələ bilsin və burada istədiklərini həyata keçirsin. İranın Azərbaycandakı şəbəkəsi gündən-günə genişlənir. Panfarsizm məzhəbi bu ölkədən Azərbaycana ixrac olunmaqdadır. Bunun arxasında isə İslam inqilabı durur. İran hər vasitə ilə çalışır ki, Azərbaycanda İslam inqilabı baş versin, Azərbaycanı Güney Azərbaycanın gününə salsın. Məhz bütün bunlardan dolayı fars rejimi Azərbaycanla viza rejimini ləğv etmək istəyir".



BABH     Fevral 4, 2010 3:03
Şərhlər(0)    7 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, Elm, Ədabiyyat, Mədəniyyət    

OBAMA ERMƏNİSTANA 40 MİLYON DOLLAR VERƏCƏK

۞BABH۞  ABŞ prezidenti Barak Obamanın ABŞ-ın 2011-ci il üçün dövlət büdcəsindən Ermənistana 40 milyon dollarlıq maliyyə yardımı ayırmaq niyyətində olduğu məlum olub.

APA-nın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, bu niyyət ABŞ administrasiyasının Beynəlxalq Hərbi təhsil və treninqlər proqramı çərçivəsində Azərbaycana etdiyi 900 000 və Ermənistana etdiyi 450 000 dollarlıq maliyyə yardımına təsir etməyib.

“Panorama.am” Amerikadakı Erməni təşkilatlarının daha öncə Obamanın ayıracağı məbləğin 70 milyon olacağına ümid etdiklərini yazıb.       / www.musavat.com /



BABH     Fevral 4, 2010 2:48
Şərhlər(0)    9 oxunma
Siyasət, Türk Dünyası, Qarabağ, Erməni-Cinayətkar, Dünya, Tarix, İqtisad    

سرود مدارس تورك اورميه در ٩٢ سال پيش:من بير توركم، دينيم جينسيم اولودور

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞ میللی حرکت سه شنبه ۱۳ بهمن ۱۳۸۸:  سرود مدارس ترك اورميه در ٩٢ سال پيش و يادي از حاجي ميرزا فضل الله مجتهد اورمولو

مئهران باهارلي-٢٠٠٢ (بازنويسي شده ٢٠١٠


سؤزوموز

در اين نوشته به كوتاهي به حاجي ميرزا فضل الله مجتهد، يكي از برجسته ترين خادمان فرهنگ ترك و پيشگامان نهضت تعليم و تعلم به زبان ملي تركي و مدرنيته آزربايجان و ايران پرداخته ام. حاجي ميرزا فضل الله مجتهد، از عالي رتبه ترين روحانيون شهر اورميه آزربايجان در دو دهه نخستين قرن بيستم است. وي كه بيش از بيست سال در عتبات عاليات كشور عراق به تحصيل و تدريس علوم ديني اشتغال داشت، پس از نيل به درجه اجتهاد به اورميه شهر زادگاه خويش بازگشت. حاجي ميرزا فضل الله مجتهد در سالهاي جنگ جهاني اول در همگامي با حركت اتحاد اسلام بر عليه نيروهاي اشغالگر روسيه تزاري (كه در ضمن آزربايجان شمالي را نيز تحت اشغال داشت) اعلان جهاد نمود. وي در سال ١٩٢٠ در اورميه فوت كرد.

از تاريخي ترين اقدامات حاجي ميرزا فضل الله مجتهدي، تاسيس مدرسه اي در اورميه به نام "مدرسه صلاحيه" ويا "خئيير يوردو" به منظور تدريس زبان تركي است. اين اقدام، نقطه عطفي نه تنها در تاريخ تدريس زبان تركي در آزربايجان جنوبي، بلكه در تاريخ فرهنگ ترك و روند ملت شوندگي خلق ترك است. او خود سمت مديرْيت اين مدرسه را كه جزء اولين مدارس تاسيس شده به سبك مدرن در آزربايجان جنوبي و ايران نيز ميباشد، بر عهده داشت. در مدرسه خئيير يوردو زبان تدريس و همه مفردات به تركي بود. زبان فارسي نيز هر روز به مدت يك ساعت به مثابه زباني خارجي به علاقه مندان تدريس ميشد. مدرسين مدرسه را عمدتا روشنفكران و افسران ترك بومي و نيروهاي آزاديبخش عثماني تشكيل ميدادند. منابع تاريخي ذكر مي كنند كه كلاسهاي مدرسه "خئيير يوردو" در مدت بسيار كوتاهي از كودكان و جوانان شهر كه مشتاق سواد آموزي به زبان مادري خود تركي و تشنه يادگيري فرهنگ ملي خويش بودند پر گشته بود.

يكي ديگر از موضعگيريهاي تابوشكنانه حاجي ميرزا فضل الله مجتهد كه نام وي را در تاريخ فرهنگ و زبان ترك و آزربايجان ماندگار كرده است، فتواي وي در مورد جواز تغيير الفبا و خط عربي و كاربرد الفباي لاتين (براي زبان تركي) به جاي آن است. حكم تاريخي اين مقام ديني برجسته شيعي به جواز خط لاتين براي زبان تركي امروز نيز براي تركهاي مقيد به فتاواي مقامات ديني داراي اهميت مي باشد. در زير فتواي اين روحاني بلند پايه ترك آزربايجاني مدرنيست و آينده نگر آمده است:

فتواي ميرزا فضل الله مجتهد اورميه اي (جريده اختر، سال ١٢٩٧، شماره ٢٢): "تغيير در خط كتب يا اختيار خطي جديدي مطلق جايز است بلا اشكال. بلكه هر گاه موجب تسهيل تعليم و تعلم و تصحيح قرائت بشود راجح خواهد بود. اگر كسي توهم بكند كه اين تغيير تشبه به اهل خارجه است و جائز نيست، اين توهم ضعيف است كه اينگونه تشبيهات حرام نيست و الا استعمال سماور بايد جائز نباشد."

امروز پس از گذشت ٩٢ سال از گشايش مدرسه تركي خئيير يورد، تركهاي آزربايجان جنوبي و ديگر نقاط ايران، در راستاي سياستهاي فارسگرايانه و انكار و امحاء زبان و هويت تركي و حقوق زباني و ملي ملت ترك ساكن در ايران توسط دولت اين كشور، از كاربرد آزادانه زبان ملي خود در نظام آموزشي، عرصه هاي گوناگون حيات اجتماعي و فعاليتهاي دولتي بالكل محروم گشته اند و فرهنگ و هويت خلق ترك ساكن در ايران در نتيجه اقدامات سيستماتيك رسمي حاكميت فارس و غيررسمي جامعه فارسي در آستانه نابودي كامل قرار گرفته است. ايدئولوژي دولتي به تلاشي بسيار گسترده براي باز نويسي تاريخ ايران و زدودن حافظه تاريخي ملت ترك بويژه در دو عرصه سابقه رسميت زبان تركي و تعليم و تعلم به زبان تركي در آزربايجان جنوبي و ديگر مناطق ملي ترك نشين دست يازيده است. زيرا خود بخوبي مي داند آنچه كه ملت ترك ساكن در ايران، در آزربايجان جنوبي و خراسان و جنوب و مركز ايران خواهان آن است، نه چيزي نو و وارداتي، بلكه آنچيزي است كه قبل از پياده شدن طرح استعماري و وارداتي فارس-آرياسازي فعلي به طور طبيعي از بطن تاريخ و جامعه ايراني برخاسته و در جريان بوده است، يعني: برابري و تساوي مطلق ملل ساكن در ايران و زبان و فرهنگها و حقوقشان، طرد نژادپرستي آريايي و قوميت گرايي برتري طلب فارسي.

در يك صد سال گذشته استعمار روس (آزه ربايجانچيليق) و فارس (ايرانچيليق)، هر كدام در جهت مصالح و نيات خود، به بازنويسي تاريخ معاصر آزربايجان جنوبي پرداخته اند و من جمله شماري از رهبران و شخصيتهاي ضد ترك و فارسگراي مرتجع جنبشهاي آزاديخواهانه اما غيرملي مشروطيت آزربايجان و آزادستان را به سيماهاي تاريخي و حتي قهرمانان ملي آزربايجان تبديل كرده اند. اين دو سياست استعماري، در عين حال به حذف شخصيتهاي حقيقتا ملي، متجدد، مترقي و ترك گراي اين دوره مانند ميرزا فضل الله مجتهد اورميه اي و تقي رفعت و همچنين لجن مالي سياستهاي بسيار مثبت عثماني و اتحاد اسلام در قبال تركان ايران و آزربايجان جنوبي در اين دوره دست زده اند. اما واقعيت آن است كه شخصيتهاي ترك گراي مذكور و سياستهاي عثماني در آن دوره و بويژه حركت اتحاد اسلام از جمله با اقداماتي مانند گسترش تركي نويسي، تاسيس مدارس تركي زبان، تشويق به گذار به الفباي لاتيني تركي و طراحي پرچم براي آزربايجان جنوبي، سازماندهي مقاومت مردمي ترك در برابر متجاوزين ارمني-آسوري در مناطق غربي آزربايجان جنوبي، آزادسازي برخي شهرهاي اشغال شده توسط آنها، .... نقش عظيمي در خودآگاهي ملي تركان آزربايجان جنوبي و روند ملت شوندگي آنها در اوائل قرن بيستم داشته است.

با اين وصف، شايسته است كه حاجي فضل الله مجتهد، اين خادم انساندوست و وطنپرور، فقيه عاليقدر، مدرنيست و فرهنگ دوست ترك آزربايجاني و آرمانهايش به نيكي ياد شود و جايگاه شايسته خود را در تاريخ سياسي آزربايجان جنوبي و فرهنگ ترك باز يابد. بسيار بجا خواهد بود اگر روز مبارك تاسيس مدرسه ترك در اورميه در ٩٢ سال پيش نيز، نه تنها فقط در اين شهر، بلكه در سراسر آزربايجان جنوبي و كل ايران به عنوان "روز ملي مدارس ترك" همه ساله گرامي داشته شود.

در زير بخشي از مارش و سرودي را كه ٩٢ سال پيش كودكان و جوانان ترك در مدرسه خئيير يوردوي اورميه آزربايجان ميخواندند تقديم ميشود. سخنان اين مارش، سروده شاعر برجسته ترك، محمدامين يورداقول (١٩٤٤-١٨٦٩) است:

من بير تورك`ه م
Mәn bir Türkәm

اورمو-١٩١٨ دوغوش ايلي (١٢٩٦ گونه ش ايلي)
Urmu 1918

خئيير يوردو اوخولو-Xeyir Yurdu Oxulu


 من بير تورك`ه م، دينيم جينسيم اولودور - Mәn bir Türkәm denim cinsim uludur
سينه م، اؤزوم آته ش ايله دولودور - Sinәm özüm atәş ilә doludur
اينسان اولان وطه نينين قولودور - İnsan olan vәtәninin quludur
تورك ائولادي ائوده دورماز، گئده ره م! - Türk evladı evdә durmaz gedәrәm

يارادانين كيتابيني قالديرتمام - yaradanın kitabını qaldırtmam
وطه نيمين بايراغيني آلديرتمام - Vәtәnimin bayrağını aldırtmam
دوشمه نيمي، وطه نيمه سالديرتمام - Düşmәnimi vәtәnimә saldırtmam
تانري ائوي ويران اولماز٬ گئده ره م! - Tanrı evi viran qalmaz gedәrәm

بو تورپاقلار اجداديمين اوجاغي - Bu torpaqlar әcdadımın ocağı
ائويم٬ كؤيوم٬ هپ بو يوردون بوجاغي - Evim köyüm hәp bu yurdun bucağı
ايشته وطه ن٬ ايشته تانري قوجاغي - İştә vәtәn iştә Tanrı qucağı
آتا يوردون ائولاد پوزماز٬ گئده ره م - Ata yurdun evlad pozmaz gedәrәm

تانريم شاهيد٬ دوراجاغام سؤزومده - Tanrım şâhid duracağam sözümdә
ميلله تيمين سئوگيله ري اؤزومده - Millәtimin sevgilәri özümdә
وطه نيمده ن باشقا شئي يوخ گؤزومده - Vәtәnimdәn başqa şey yox gözümdә
يار ياتاغين دوشمه ن آلماز٬ گئده ره م - Yar yatağın düşmәn almaz gedәrәm

آغ كؤينه كله گؤز ياشيمي سيله ره م - Ağ köynәklә göz yaşımı silәrәm
قارا داشلا پيچاغيمي بيله ره م - Qara daşla piçağımı bilәrәm
وطه نيمچون اوجاليقلار ديله ره م - Vәtәnimçün ucalıqlar dilәrәm
بو دونيادا كيمسه قالماز٬ گئده ره م - Bu dünyada kimsә qalmaz gedәrәm

ترجمه فارسي:

من ترك هستم، دين و جنسم والاست
سينه ام، درونم از آتش انباشته است.
آنكه انسان است، بنده وطن خويش است،
فرزندان ترك، در خانه نمي نشينند، به پيش!

كتاب آفريدگار را هرگز به كسي نمي دهم
اجازه نميدهم كه كسي پرچم وطنم را برداشته و بيافكند،
هيچگاه به دشمن مجال هجوم به ميهنم را نميدهم.
خانه پروردگار ويران نميشود، به پيش!

اين خاك، جايگاه مقدس اجداد من است
خانه و روستاي من همه در گوشه و كنار اين سرزمين است
وطن، آغوش پروردگار است
فرزندان، سرزمين پدري را اهمال نمي كنند، به پيش!

خداوند شاهد است، بر سر سخن خود خواهم ايستاد
عشق ملتم در درونم است
به جز وطنم به چيزي نمي انديشم
بستر يار جاي دشمن نيست، به پيش!

با پيراهن سفيد اشك چشمانم را پاك مي كنم
با سنگ سياه چاقوي خود را تيز مي كنم
و براي وطن خود سربلندي آرزو مي كنم
كسي در اين دنيا باقي نيست، به پيش!

گرچه يه هو!



BABH     Fevral 3, 2010 1:56
Şərhlər(0)    15 oxunma
Türk Dünyası, Güney Azərbaycan, Dünya, Tarix, Ədabiyyat, Mədəniyyət, Sənət    

Güney Azərbaycanlı jurnalist, Həsən Ərkin məhkəmə iclası keçirilib

۞BABH۞  GünAzTv: dünən fevral ayının 1-də Güney Azərbaycanlı jurnalist Həsən Ərkin məhkəmə iclası keçirilib. Məhkəmə iclası Təbriz şəhərinin İnqilab Məhkəməsində baş tutub.

əldə etdiyimiz məlumata görə, Cənab Ərk 2009-cu il sentyabr ayının 21-də (1388-ci il şəhrivər ayının 30-u) ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşları tərəfindən Təbriz şəhərində tutuqlanaraq 39 gün saxlanıldıqdan sonar 50000 dollarlıq mülki vəsiqə müqabilində azadlığa buraxılmışdı.

Peşəkar jurnalist cənab Ərk sistemin əleyhinə tənliğ, İran Rəhbərinə və Polis qüvvələrinə qarşı böhtan və GÜNAZ.TV kanalı ilə müsahibə vermək vasitəsi ilə milli təhlükəsizliyə qarşı cəhddə ittiham olunub.

Məhkəmə sədri Qazi Bayat Jurnalistin mühakimə prosesində onun GÜNAZ.TV ilə müsahibəsini sistemin əleyhinə təbliğ kimi qiymətləndirib. Baxmayaraq ki, İran qanunlarına görə xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibə vermək sistemin əleyhinə təbliğ sayılmır ancaq məhkəmə sədri cənab Ərkin GÜNAZ.TV-yə verdiyi müsahibəni sistemin əleyhinə təbliğ kimi qəbul edib.

Cənab Ərk fəaliyəti qadağan olmuş "Şəms-i Təbriz" nəşriyəsinin yazıçılar heyətinin üzvü olub. O Güney Azərbaycanın tanınmış ziyalı və yazıçılarından biridir.

Qeyd edək ki, Məhkəmə iclası qapalı keçirilib.



BABH     Fevral 2, 2010 17:05
Şərhlər(0)    15 oxunma
Siyasət, Güney Azərbaycan, Dünya    

Batı Azərbaycanda Pejak' a qarşı əməliyyat keçirilib

۞BABH۞  GAİP XƏBƏR : Güney Azərbaycanın qərb bölgəsində PKK terror təşkilatının qollarından olan PEJAK-a qarşı keçirilən əməliyyatda çoxlu sayda terrorçu zərərszləşdirilib.

Qərbi Azərbaycan Valiliyinin açıqlamasında bu əməliyyatın Xoy şəhərinin prokuroru Vəli Hacı Quluzadəyə qarşı törədilən sui-qəsdlə bağlı olduğu bildirilib.

Yanvarın 29-da baş tutan əməliyyat zamanı çoxlu sayda terrorist öldürülüb. ancaq onların sayı barədə dəqiq məlumat yoxdur. terroristlərdən biri isə sağ olaraq ələ keçirilib.

Xatırladaq ki, PEJAK Qulvzadəyə qarşı törədilən sui-qəsdi öz üzərinə götürmüşdü.



“Can Azərbaycan Televiziyası” yayıma başlayıb

CanAZ Tv

Can Azerbaycan Yakında Sizlerle ۞BABH۞  Milli mədəniyyətin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyan daha bir TELEKANAL işə başladı.

Telekanalın adı “Can Azərbaycan Televiziyası”-dır. Fevralın 1-dən öz yayımına başlayan telekanal Türkiyədə yaşayan azərbaycanlılar tərəfindən yaranıb.

telekanalın fəaliyyətini www.canaz.tv saytından izləmək mümkündür. Yeni kanalın verilişləri əvvəlcə yalnız internet, bu ilin sonunadək peyk (“Türksat” peyki) vasitəsilə yayımlanacaq.

Davamı...

Beynəlxalq Təşkilat “Xocalıya ədalət” kampaniyasına dəstək qətnaməsi qəbul edib

۞BABH۞  GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Cari ilin yanvar ayının 31-də Uqandanın paytaxtı Kampala şəhərində İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament Birliyi (İKT PB) Konfransının təşkil etdiyi 6-cı sessiyası öz işini başa çatdırıb. Təşkilat “Xocalıya ədalət” kampaniyasına dəstək qətnaməsi qəbul edib. Qətnaməyə 51 ölkənin parlament nümayəndəsi imza atıb.

Qəbul edlən sənəddə deyilir ki, qurum təşkilatın Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyir.Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözü gedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırır. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir. Qeyd edək ki, İKT-də qəbul edilən sənədlər rəsmi şəkildə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına da göndərilir.



Tıraxtur Komandasına səs verək

 

Tıraxtur komandası Güney Azərbaycanlılardan səs gözləyir

http://fans.football3.ir/



BABH     Fevral 1, 2010 3:21
Şərhlər(0)    11 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, İdman    

RƏSULZADƏNİN DOĞUM GÜNÜ MÖHTƏŞƏM QEYD OLUNDU

Müsavat və KXCP fəalları Novxanıda ulu öndərin abidəsi önünə toplandı 

۞BABH۞  Dünən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü idi. Rəsulzadənin anadan olmasının 126 illiyini dünən Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) dahi öndərin doğulduğu Novxanı qəsəbəsində böyük mərasimlə qeyd etdilər. Müsavat Partiyası və DUİ adından Rəsulzadənin heykəli önünə əklillər qoyuldu.

Ulu öndərin adını daşıyan parkda onun heykəli önündə keçirilən mərasim Azərbaycanın dövlət himninin oxunması ilə başladı. Mərasimin aparıcısı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rəsulzadənin Azərbaycana xidmətlərindən danışdı. O, qeyd etdi ki, Rəsulzadə Azərbaycan tarixində ən böyük şəxsiyyətdir. Təəssüf ki, belə bir böyük şəxsiyyətə qarşı hazırda Azərbaycan hakimiyyəti tərəfindən ögey münasibət sərgilənir: “Bu gün hakimiyyət istər Rəsulzadənin, istər Xalq Cümhuriyyətinin qurulmasında, idarə olunmasında fəaliyyət göstərmiş digər siyasi xadimlərin, Müsavat Partiyasının fəaliyyətinə kölgə salmağa çalışır. Ancaq bilməliyik ki, bütün Azərbaycan xalqı Rəsulzadənin, onun silahdaşlarının qədrini bilir. Həmin insanların Azərbaycan üçün gördüyü misilsiz işlərdən xəbərdardır və onları sevgi ilə anmaqda davam edir”.

  
Davamı...

ایراندا تورکجه آدلار دهشت منبعی اولوبدور

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞  میللی حرکت یکشنبه ۱۱ بهمن ۱۳۸۸: ایراندا تورکجه شخص آدی، قزئت آدی، ائکولوژی، یاخود سوسیال یؤنوم‌لو ان جی او  آدی حاکمیتین گؤزچولرینی واهیمه‌یه سالیر. اگر وطنداش یئنی دوغولموش کؤرپه‌سینه تورک آدی قویسا، یاخود بیر یازار اؤزونه تورکجه تخلص گؤتورسه - بو، دهشت‌لی میللتچیلیگین، حتی پانتورکیزمین علامتی کیمی گؤرولور. مسئلن، "آزادلیق" رادیوسونون خبرینده دئییلیر: "10 گون‌دور طبیعتی محافظه ایله باغلی یاراتدیغیمیز "داغ" قروپونون ایشینی قاداغان ائدیب‌لر. حاقیمیزدا محکمه حؤکم چیخاریب. حؤکمده یازیلیب کی، "داغ" قروپو میللت‌چی‌لیگی یایماقلا مشغول‌دور". بو سؤزلری آزربایجانین قوشاچای شهر ساکینی بهبود قولوزاده سؤیله‌ییب. اونون سؤزلرینه گؤره، سون گون‌لر قوشاچایدا رسمی قوروم‌لارین تعقیب‌لری باشلاییب. آذربایجان‌لی‌لار هئچ بیر سبب گؤستریلمه‌دن حقوق-محافظه اورقان‌لارینا چاغیریلا‌راق، سورغو-سوال ائدیلیر.

بئهبود قولوزاده اوزون ایللردیر رسسام‌لیقلا مشغول اولور. او دئییب کی، چکدیگی رسم اثرلرینه "باخیش" ایمضاسی قویدوغونا گؤره رسمی قوروم‌لار باره‌سینده جینایت ایشی آچیب و بیلدیریب‌لر کی، "باخیش" تورک سؤزو اولدوغو اوچون بو رسم‌لرده میللت‌چی‌لیگی گوجلن‌دیرمک مقصدی گودولور (!؟).

بیر مدت اؤنجه اردبیل ایالتی‌نین گئرمی رایونوندا صاحیبکارلار دوکان‌لارینا تورکجه آدلار قویماق جسارتینده بولوندوق‌لاری اوچون یئرلی اینقیلاب محکمه‌سینه چاغیریلمیشدی. "چنلی بئل" آدلی ماغازانین ییه‌سی شهروز اسدی یه محکمه‌دن دئییب‌لر کی، بو آدی قویماقلا او، "ایران دؤولت‌چی‌لیگینه قارشی فعالیت گؤستریر" (!؟) و دوکانین آدینی دییشمه‌لی‌دیر. اطلاعات امکداش‌لاری اونون دوکانینین قارشی‌سین‌داکی تورکجه رئکلام لؤوهه‌لرینی سؤکه‌رک، اؤزونو قورومون تجریدخاناسیندا ساخلاییب، سورغو-سوالا توتموشدولار.

خبرلره اساساً، "آنا"، "ایلقار"، "ساری تئل"، "آیاتای"، "تورک" کیمی آدلار قویولموش تیجارت اوبیئکت‌لری و موسیسه‌لرین آدلاری آرتیق دییشدیریلیب.

آذربایجان‌لی ایش آدام‌لاری شیرکت و دوکان‌لارینا تورکجه آد قویدوق‌لاری اوچون اؤتن ایل ده محکمه‌یه جلب اولونموشدولار. بیر ایل عرضینده بونونلا باغ‌لی مینه یاخین "جینایت ایشی" آچیلیب. تورک آدی سئچن ایش یئرلرینه مکتوبلا خبردارلیق ائدیلیر، بونا عمل ائتمه‌ین‌لره محکمه‌نین قرارینی گؤندریردی‌لر. همین مکتوب‌لاردا دوکان و شیرکت ییه‌لرین‌دن آدلارین تورک دیلین‌دن فارجایا چئوریلمه‌سی طلب اولونور. صاحیبکارلارین چوخو بو قراری ایجرا ائتسه ده، 50 ماغازا ییه‌سی حاکمیتین طلبینه بویون ایمه‌ییب. بونا گؤره همین شخصلررین دوکان‌لاری و شیرکت‌لری قاپادیلیب. باخ، ایرانین تعریف‌لی ایسلام رئژیمی‌نین رفتار و داورانیشی بئله‌دیر.

تورکمنجه ده اولماز!

بو کیمی رفتارلا ایرانین شرقینده یاشایان تورکمن قارداش‌لاریمیز دا اوزلشیر. تورکمنصحرا آزادلیق تشکیلاتینین یایدیغی معلوماتا اساساً، ایرانین مدنیت و ایسلام ایرشاد ناظرلیگی تورکمنصحرا‌داکی 590 دوکانین ییه‌سینه خبردارلیق مکتوبو گؤندره‌رک، ماغازا‌لارینا قویدوق‌لاری تورکجه آدلارین فارس دیلینه چئوریلمه‌سینی طلب ائدیب‌لر. اوزون سورن چک-چئویردن سونرا 530 دوکان صاحبی تورکجه آدلاری دییشمه‌یه مجبور اولوب. تورکجه آدلارلا یاناشی، حاکمیت بو دیلده چیخان تک-توک کیو-لره ده باسقی‌لارینی آرتیریب.

تورکجه طلبه قزئت‌لری تسونامی دالغاسیندا

"گونازتی وی"نین معلوماتینا گؤره، گونئی آزربایجانین بیر سیرا بؤلگه‌لرینه بونونلا باغ‌لی گؤستریش وئریلیب. همین گؤستریشه گؤره، آذربایجان تورکجه‌سینده چیخان هر قزئت‌دن بیر نوسخه ایالتین ایجرا حاکمیتینه گؤندریلسین. همین قزئتین فعالیتینی داوام ائتدیرمه‌سی اوچون ایجرا حاکمیتی‌نین دفترخاناسین‌دان جاواب گؤزلنیلسین. آذربایجان‌لی طلبه-گنج‌لرین آذربایجان تورک‌لری‌نین تاریخی، دیلی و ادبیاتین‌دان یازان "اولوس"، "نسیم"، "آراز"، "اؤزلوک"، "اویانیش"، "ستارخان"، "کیم‌لیک"، "یولداش"، "یاغیش"، "قیپچاق"، "گونش"، "یارپاق"، "تئلنگر"، "چنلی بئل"، "یاشیل یول"، "آنا یوردو"، "سحر"، "آچیق سؤز" و "سایان" آدلی طلبه درگی‌لری قاپادیلان تورک دیللی مطبوعات اورقان‌لاردان یالنیز بعضی‌لری‌دیر.

خاصیرلاداق کی، اؤتن ایل یزد اونیوئرسیتئتی‌نین آذربایجان‌لی، او جمله‌دن خلج، آوشار، قاشقای تورک طلبه‌لری‌نین بیرگه بوراخدیغی "خلج" آدلی طلبه درگی‌سی‌نین نشرینی اونیوئرسیتئت رهبرلیگی‌نین مدنیت ایداره‌سی یاساقلامیشدی. عالی تحصیل اوجاغینین رهبرلیگی بونو درگی‌نین "پانتورک‌چولوگو و بؤلوجولوگو" تبلیغ ائتمه‌سی ایله اساسلاندیریب. ایکی سایی ایشیق اوزو گؤرموش "خلج"این سونونجو ساییندا گونئی آذربایجان تورک‌لری‌نین دیلی، مدنیتی و تاریخی حاقدا یازی‌لارلا یاناشی، "مشروطه حرکاتی"، "ایرق‌چی‌لیک و آری‌چی‌لیک"، "هیندیستاندا قورولموش خلج-بابور ایمپئریاسی" و دوکتور جاواد هئیتین "21 آذر - آذربایجانا قارشی مدنی سویقیریم گونو" آدلی مقاله‌لر چاپ اولونوبموش.

یاییلان خبرلره گؤره، بیر مدت اؤنجه درگی‌نین باش رئداکتورو ناملوم شخص‌لر طرفین‌دن "بؤلوجو" اتهامینا مروز قویولا‌راق هدلنمیش، اونون نظارت ائتدیگی سایت ایسه باغلانمیشدی. یزد اونیوئرسیتئتی مدنی مسئله‌لر کومیته‌سی‌نین مسئول‌لاری "خلج"این نماینده‌لری ایله گؤروشده دئییب‌لر: "اگر تورک طلبه‌لر اونیوئرسیتئتده پوزوجولوق فعالیتی ایله مشغول اولماسا، او زامان سیزینله هئچ بیر پروبلئمیمیز اولمایا‌جاق".

اونو دا خاطیرلاتماق لازیم‌دیر کی، بو آلی تحصیل اوجاغیندا یاییلان "آنا یوردو"نون 11، "ایشیلای"این ایسه 4 سایی ایشیق اوزو گؤردوک‌دن سونرا قاپادیلیب.

آینا قزئتی - اؤیرنجی



BABH     Yanvar 31, 2010 17:20
Şərhlər(0)    16 oxunma
Siyasət, Təşkilat, Türk Dünyası, Güney Azərbaycan, Dünya, Din, Ədabiyyat    

اعتراض تورکهای کازاخ به توسعه روابط کازاخستان با چپن در آلماتی

بابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞  تی آر تی: یک گروه، در آلماتی بزرگترین شهر قزاقستان نسبت به توسعه روابط قزاقستان با چین اعتراض کردند
صدها معترض با حمل پلاکاردهایی ضمن متهم کردن دولت به فروش ثروتهای زیرزمینی قزاقستان به کشورهای فقیر از لحاظ انرژی خواستار استعفای نورسلطان نظربایف رئیس جمهور قزاقستان شدند.

در این میتینگ که از سوی حزب آزاد (مخالف دولت) برگزار شد ادعا گردید دولت از چین ۱۳ میلیارد دلار استقراض کرده و این بدهی از مردم قزاق اخذ خواهد شد.

نورسلطان نظربایف رئیس جمهور قزاقستان ماه گذشته از درخواست دولت چین مبنی بر اجاره میلیونها هکتار زمین برای کشت سویا خبر داده بود.

دولت قزاقستان پیش از این، اجاره زمین به کشورهای خارجی را تکذیب کرده بود.



BABH     Yanvar 31, 2010 17:18
Şərhlər(0)    14 oxunma
Siyasət, Türk Dünyası, Dünya, İqtisad    

Bugün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Image۞BABH۞  Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Mübaliğəsiz demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti onun əsəridir. M.Ə.Rəsulzadənin adı gələndə istər-istəməz hamı Azərbaycan Xalq Cümhuriyyətini xatırlayır. Cümhuriyyəti o həm də təmənasız əqidədaşları ilə birlikdə yaratmışdı. M.Ə.Rəsulzadənin xoşbəxtliyi onda idi ki, hər şeydən əvvəl millətçi ideoloq idi və istəklərini müəyyən mənada da olsa gerçəkləşdirə bilmişdi.

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Xalq Cümhuriyyətinin təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası din xadimi olsa da, həyata açıq gözlə baxıb, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəldib. Onun oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynayıb. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Davamı...

HARAY-ın bu həftə mövzusu İran azərbaycanlıları qaçqınlarının çətinlikləridir

۞BABH۞  DAK: Güney Azərbaycanlılar Azərbaycan və Türkiyə doğma baxdıqları üçün əsasən bu ölkələrə qaçırlar. Onlar bu ölkələrdə özlərinə, iş, təhsil sığınacaq, yaşama icazəsi kimi müəyyən imkanlar tanınmasını arzu edirlər İrandan çıxan azərbaycanlılar bir neçə əsaslarla ölkəni tərk edir. Onlardan biri siyasi səbəbdir. Belə insanlar dövləti tənqid etdiklərinə görə, ölkədə qala bilmir. Belələri digər millətlər içərisində də var. Ancaq həm siyasi tənqid etmə, həm də öz mədəni hüquqlarını tələb etmələri səbəbilə İrandan qaçmaq məcburiyyətində qalan azərbaycanlıların sayı daha çoxdur. Belə fəallar ölkədə qaldıqları təqdirdə çətinliklərlə üzləşir, bəzən müxtəlif səbəblərə görə həbs olunurlar. Ona görə də belə insanlar digər ölkələrə pənah gətirir. İranın bəzi vətəndaşları isə iqtisadi səbəblərə görə ölkəni tərk edir. İran Azərbaycanlıları Azərbaycan və Türkiyə doğma baxdıqları üçün əsasən bu ölkələrə qaçırlar. İrandan olan azərbaycanlılar bu ölkələrdə istəklərinə əməl olunmasını istəyir, özlərinə iş, sığınacaq, həmin ölkədə yaşama icazəsi kimi müəyyən imkanlar tanınmasını arzu edirlər. Təəssüf ki, bəzən həmin ölkələrə pənah gətirən azərbaycanlılar orada da çətinliklərlə üzləşir və onlara azərbaycanlı olduqlarına görə xüsusi hüquqlar verilmir. Onlar iş və təhsil imkanları sahəsində və yaşamaq üçün yer tapmaqda çətinliklər çəkir. Təklif olunan işlər qeyri-rəsmi olur, həmin ölkələrdə belə azərbaycanlıların siyasi fəaliyyətlərinə isə bəzən icazə verilmir. Bəzi hallarda isə xüsusilə siyasi fəalların təhlükəsizliklərinə hədələr olur . İran azərbaycanlı qaçınlar deyirlər ki, Azərbaycan və Türkiyə dövlətləri digər millətlərlə müqayisədə azərbaycanlılara daha çox imtiyazlar verməlidir. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı yeni problemlərə daha həssas olur. Misal üçün əgər Sudandan Somalidən qaçqınlar müraciət edəndə, BMT bəyanat açıqlayaraq onların qaçqınlıq status ilə bağlı müraciətlərinə sürətlə cavab verildiyini bildirir. Onlar Türkiyə və digər ölkələrdən üçüncü bir ölkəyə tezliklə göndərilir. Bu ölkələr, Amerika, Kanada, Avstraliya kimi ölkələr ola bilər. Bəzi İran azərbaycanlı qaçqınlar isə bu ölkələrdən gəlmiş insanlardan aylar əvvəl Türkiyə və Azərbaycana gəlmələrinə baxmayaraq onlardan daha sonra qaçqın status ala bilir. Bəzi insanlar isə üçüncü bir ölkəyə özü qaçmağa məcbur olur. Bu insanların bəziləri yolda, ölür, suda boğulur yada qanunsuz fəaliyyət göstərən şəbəkələrin qurbanı olur hansısa bir ölkəyə aparılmaq vədi ilə pullarını itirirlar. Bu günlərdə İrandakı yaşıl hərəkatı dünya ictimaiyyətinin diqqət mərkəzində olduğuna görə BMT-nin və qaşqınların işinə baxan başqa təşkilatların nümayəndələri hərəkatda iştirakına görə İrandan çıxanlara daha çox diqqət yetirir və 3-4 ay içərisində İrandan olan siyasi qaçqınlar digər ölkələrə aparıla bilir. Türkiyə və Azərbaycana pənah gətirən İran azərbaycanlılar isə bəzən illərlə gözləmək məcburiyyətində qalır. ÇOx vaxt olnarın müraciətlərinin prosesi uzun vaxt alır. Hətta onlar qaçqınlıq statusu alandan sonra da problemlərlə üzləşir, onlara ya az, ya da heç müavinət verilmir. BMT-nin rəsmilərinin dediklərinə görə qaçqınlıq statusu verilməsində xalqlar arasında fərq qoyulmur. Bu prosesdən keçmiş azərbaycanlıların çoxu isə deyirlər ki, Türkiyə və Azərbaycana pənah gətirən İran azərbaycanlıların müraciətlərinin nəticələnməsi daha uzun çəkir. Onlar prosesin üç ilə qədər vaxt apardığını irəli sürürlər.



ABŞ-da YAŞAYAN AZƏRBAYCANLILAR BARAK OBAMAYA XOCALI FACİƏSİ İLƏ BAĞLI MÜRACİƏT ÜNVANLAYIB

۞BABH۞  Birləşmiş Ştatlarda yaşayan yüzlərlə azərbaycanlı və ölkə vətəndaşları prezident Barak Obamaya, vitse-prezident Co Baydenə, konqresmenlərə və digər dövlət rəsmilərinə Xocalı soyqırımının xatırlanması ilə bağlı məktub ünvanlayıblar.

AzərTAc-ın məlumatına görə, məktubda ötən əsrin ən böyük qırğınlarından birinin xatırlanması və bununla əlaqədar dəstəyə ehtiyacı olanlara yardım göstərilməsi xahiş edilir. Qırğının tarixini xatırladan müəlliflər qeyd edirlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini mühasirəyə alandan sonra hücuma keçərək sakinləri vəhşicəsinə qətlə yetiriblər: “106 qadın və 83 uşaq daxil olmaqla 613 nəfər şaxtalı havada işgəncələrlə qətlə yetirilib. Təcavüzə məruz qalmış yüzlərlə insan hələ də itkin düşmüş sayılır. Mindən artıq insanın sağlamlığına zərər dəyib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib. Ümumilikdə, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

18 il keçsə də, Xocalı soyqırımına nə beynəlxalq ictimaiyyətdən lazımi diqqət yetirilib, nə də müstəqil hüquqi qiymət verilib. Bu qırğınlarda əli olan cinayətkarlar hələ də Ermənistanda və ermənilərin nəzarət etdikləri Azərbaycan torpaqlarında qalmaqdadırlar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Azərbaycan torpaqları işğal altında qalmaqda davam edir. Bu isə həm hərbi cinayətlərin keçmişini təhqiq etməyə, həm də beynəlxalq ictimaiyyətin bölgəyə uzunmüddətli sülh gətirmək cəhdlərinə mane olur”. 
«Media forum»



Tikantəpə şəhərinin divarları, "Ana Dili" günü ərəfəsində milli şüarlarla bəzənib

۞BABH۞  GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yunesko tərəfindən "Ana Dili" günü kimi elan edilən 21 fevral günü ərəfəsində, yenədə Güney Azərbaycanda milli məzmunlu şüarlar yüksəlməkdədir.

"Təbrizsesi"-nin yaydığı məlumatda bildirilir ki, Tikantəpə şəhərinin bir sıra divarları "Yaşasın Azərbaycan", "Ana Dilim-Türk Dili", "Türk Dilində Mədrəsə", "İran Türk üçün zindandır" və "Ana Dili" kimi şüarlarla bəzənib.

Xatırladaq ki, qeyd etdiyimiz faktın yeniliyi yoxdur. Hər il Güney Azərbaycanın müxtəlif şəhərləri "Ana Dili" Günü ərəfəsində oxşar süarlarla bəzənir, bildirişlər yayılır və müxtəlif formada İranın radikal anti türk siyasətinə etirazlar bedilir. Bu ildə keçən illər kimi eyni etiraz səslərinin yüksəlməsi gözlənilir.  /www.gunaz.tv/



BABH     Yanvar 31, 2010 3:05
Şərhlər(0)    15 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, Kürd-Teror, Tarix, Ədabiyyat, Mədəniyyət    

Kürdlər niyə və kimə qarşı silahlanırlar?!

Milli fəallar Batı Azərbaycanda kürd silahlılarının təhlükə yaratdıqlarını xəbər verirlər

۞BABH۞  Son aylarda İranda rejiminə qarşı etiraz aksiyaları və ixtişaşlar şiddət tapıb və bunla da paralel İran hökumətinə bağlı olan informasiya orqanlarının verdiyi məlumata görə, Batı Azərbaycanda hərbi silah qaçaqçılığı kürdlər vasitəsi ilə nigaranedici halda artıb. Batı Azərbaycan polisinin rəisi kütləvi informasiya vasitələrinə xəbər verib ki, İran günəş ilinin birinci beş ayında Batı Azərbaycanda hərbi silah qaçaqçılığı 153 % artıb və 35 dəstə silahlı qaçaqçı mafiyası polis tərəfindən aşkar olunub, dağıdılıb və 73 nəfər tutulub. Polis tərəfindən 643 ədəd hərbi silah və 23 ədəd ov silahı müsadirə olunub. Onun fikrinə görə, Batı Azərbaycanda hərbi silah qaçaqçılığı hədsiz təhlükəli vəziyyətə gəlib çıxıb.

Milli fəalların verdiyi məlumata görə, Batı Azərbaycanda silah qaçaqçılığı kürdlərin vasitəsi ilə həyata keçirilir və bu vasitə ilə Batı Azərbaycanda yaşayan kürdlər silahlanırlar. Və belə bir ciddi təhlükə var ki, böhran şəraiti yaranarsa, kürdlər ondan faydalanıb Güney Azərbaycanın bəzi şəhərlərin, o cümlədən, Urmu, Salmas, Xoy və Makunu işğal edələr. Unutmayaq ki, belə bir vəziyyəti kürdlər İrakda türkmənlərə qarşı həyata keçirməyə müvəffəq olmuşdurlar.

Davamı...

AMERİKA AZƏRBAYCAN ÜZƏRİNDƏN SİLAH-SURSAT DAŞIMAQ İSTƏYİR

Vaşinqtonla Moskva arasında Əfqanıstan dəhlizinə dair anlaşma pozulub, Gürcüstan öz köməyini təklif edir, ancaq Bakı bu məsələyə soyuq yanaşır 

۞BABH۞  Gürcüstan prezidenti Mixail Saakaşvili “Assoşeyted press” agentliyinə müsahibəsində bildirib ki, ABŞ-ın Əfqanıstandakı qüvvələri üçün nəzərdə tutulmuş silah-sursatın öz ölkəsi üzərindən daşınmasına razılıq verməyə hazırdır. Bildirilir ki, söhbət Əfqanıstandakı qoşunların təchizatı üçün ABŞ-ın neçə vaxtdır üzərində işlədiyi, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya respublikalarından keçən dəhlizdən gedir.

Bu dəhlizlə artıq Əfqanıstana hərbi xarakterli olmayan yüklər daşınır. Yüklər gəmilərlə Gürcüstanın Qara dənizdəki limanlarına, oradan dəmir yolu ilə Azərbaycana, Bakıdan isə bərələrlə Türkmənistana daşınır, daha sonra avtomobillərə yüklənərək Əfqanıstana çatdırılır. Lakin həmin dəhlizlə hərbi yüklərin daşınmasına dair razılaşma yoxdur. Mixail Saakaşvili deyib ki, Gürcüstan ABŞ və digər NATO ölkələrinin hərbi gəmilərinə öz dəniz limanlarını verməyə, habelə hərbi-nəqliyyat təyyarələrinə  yanacaq götürmək üçün enməyə icazə verməyə hazırdır.
Agentlik qeyd edir ki, silah-sursat yüklü Amerika hərbi gəmilərinin Qara dənizə daxil olması Moskva üçün qıcıqlandırıcı ola bilərdi. “Ona görə də ABŞ administrasiyası üçün bu təklifi qəbul etmək çətindir”. Lakin Saakaşvili hesab edir ki, Rusiya rəsmilərini bəyanatları bu ölkənin ABŞ-ın Əfqanıstanda uğur qazanmasında maraqlı olduğunu göstərir. “Hesab etmirəm ki, Rusiya Amerika hərbi yüklərinin Gürcüstan üzərindən daşınmasına etiraz etsin”. Gürcüstan prezidenti deyib ki,  təklifini ilk dəfə vitse-prezident Cozef Baydenin Tiflisə səfəri zamanı ona çatdırıb. Həmçinin bu təklif Amerikanın Əfqanıstan və Yaxın Şərqdə hərbi əməliyyatlara cavabdeh olan mərkəz komandanlığının rəhbəri general Devid Petreusla müzakirə olunub. Ancaq Saakaşvili Amerika tərəfinin təklif münasibəti haqda danışmayıb.

Davamı...

آزربایجانی ها برای گرامیداشت مراسم روز جهانی‌ زبان مادری و اعتراض خود در این روز آماده میشوند

imageبابح ۞ بوتو آزربایجان بیرلیک حرکاتی۞ بیزیم تبریز نیوز: به گزارش بی‌ تی‌  ان امسال نیز ترک ها‌ی آزربایجانی همانند سال ها‌ی گذشته مراسم ویژه‌ای را برای گرامیدشت این روز تدارک دیده اند.

از نقاط مختلف ایران، اروپا، آسیا و آمریکا خبر می‌رسد که اقشار مختلف مردم،  تشکل ها‌ی فرهنگی‌ ، اجتماعی و سیاسی آزربایجانی‌ها همزمان با گرامیداشت این روز اعتراضات مدنی خود را نسبت به ممنوعیت تدریس به زبان مادری ابراز خواهند داشت.

سازمان یونسکو، روز بیست و یکم فوریه، یعنی روز سرکوب تظاهرات مردم در داکا را به عنوان روز جهانی زبان مادری انتخاب کرده است

در روز بیست و یکم فوریه سال ۱۹۵۲ در شهر داکا، پایتخت کنونی بنگلادش تظاهرات گسترده‌ای در ممنوعیت و یا نادیده گرفته شدن حقوق بنگالی‌ها به وقوع میپیوندد در آن هنگام هنوز کشوری به نام بنگلادش اعلام موجودیت نکرده بود و بخشی از کشور پاکستان بود. فرمان شلیک داده می‌شود و عده زیادی که برای دفاع از حق خود به خیابان‌ها آمده بودند به خاک و خون کشیده میشوند

در همان سال بود که پاکستان زبان اردو را به عنوان تنها زبان کشور اعلام کرده بود. حال آنکه تنها اقلیت کوچکی از مردم پاکستان در آن هنگام به زبان اردو سخن می‌گفتند و زبان بخش اعظم مردم کشور، به ویژه بخش وسیعی از شرق پاکستان زبان بنگالی بود. اعتراضات ساکنان شرق پاکستان منجر به تجزیه کشور و استقلال کشور بنگلادش در سال ۱۹۷۱ شد.



BABH     Yanvar 30, 2010 18:56
Şərhlər(0)    15 oxunma
Siyasət, Türk Dünyası, Güney Azərbaycan, Dünya, Tarix, Ədabiyyat, Mədəniyyət, Hadisə    

  Yazılar cəmi: 2035    Sonrakı səhifə »

BABH
----------- Nə Mutlu Türküm Diyənə -----------
BABH (Bütöv Azərbaycan Birlik Hərəkatı) Türk dünyasının və xüsusilə Bütöv Azərbaycanın inkişafi uğrunda bəzi xəbərlərin və informasiyaların işıqlandırılması üçün 12.22.2007 tarixində yaradılmışdır.

Əlaqə vasitəsi: babharakati@gmail.com

Ermənistanın, Fars şovinistinin, Rus imperiyasının, kürd terroristlərinin və kürd mafiyasının təcavüzü Azərbaycana davam edir.

UNUTMA

Ya Qarabağ Ya Ölüm

ANAZ Radiosunun Canlı Yayımı

 

Tıraxtur Komandasına səs verək

Səslərin Nəticəsi

Cədvəl Turneri - Tikləyin



  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com