BABH - Bütöv Azərbaycan Birlik Hərəkatı

بابح - بوتو آزربایجان بیرلیک حرکاتی

GÜL BU GÜN AZƏRBAYCANA GƏLİR

Türkiyə prezidentinin Bakıda ciddi müzakirələr aparacağı gözlənilir

Bütöv Azərbaycan birlik HərəkatıSentyabrın 6-da Ermənistanda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül bu gün Bakıya gələcək. Türkiyə mətbuatının yazdığına görə, A.Gül Azərbaycan prezidenti ilə keçirəcəyi görüşdə əsasən bölgədəki son vəziyyət, “Qafqaz İttifaqı” planı və digər məsələlərlə bağlı müzakirələr aparacaq. Əslində, Gülün İrəvandan qayıtdıqdan sonra Azərbaycana gələcəyi gözlənilən idi. Çünki Türkiyə prezidentinin Ermənistana getməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Bu baxımdan Türkiyə prezidenti ola bilsin ki, Azərbaycanın “könlünü almağa” gəlir. Eyni zamanda o da bildirilir ki, A.Gül Azərbaycan rəhbərliyini İrəvanda apardığı danışıqlar barədə məlumatlandıracaq.
Türkiyə prezidenti Ermənistandan qayıtdıqdan sonra bəyan etmişdi ki, İrəvanda apardığı danışıqlar zamanı Qarabağ məsələsi hərtərəfli müzakirə olunub. Görünür, Gülün bu müzakirələrlə bağlı rəsmi Bakını məlumatlandırmasına ehtiyac var.
Həmçinin, o da istisna deyil ki, Gül səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı da Azərbaycan rəhbərliyinin razılığını almağa çalışacaq.
Təbii ki, bunlar müstəqil ekspertlərin və mətbuatın rəyləridir. Gülün İrəvan səfərindən dolayı baş verən proseslərin arxasında dayanan məqamlarla bağlı dəqiq informasiyalar yoxdur. Bu baxımdan Türkiyənin əslində, İrəvana hansı məqsədlə getməsi və bu səfərdən sonra Azərbaycana nə üçün gəlməsi barədə dəqiq proqnozlar vermək olduqca çətindir. Bəs ekspertlər bu barədə nə düşünür? Gül Azərbaycana nəyə gəlir?
Mövzu ətrafında söhbət etdiyimiz politoloq Elxan Mehdiyev bildirdi ki, Gülün Azərbaycana səfəri simvolik xarakterlidir: “Yəni Türkiyə prezidenti bilir ki, Azərbaycan xalqı ona və indiki mövqeyinə görə Türkiyə hökumətinə inamını itirib. Gül Azərbaycanın yanında olduqlarını söyləmək üçün gəlir. Amma mən düşünürəm ki, onun bu səfərinin çox böyük mənası yoxdur. Bu, sadəcə, Abdullah Gülün etdiklərini pərdələmə siyasətidir. Çünki faktiki olaraq Türkiyə hökuməti Ermənistanla hər cür əlaqələr qurmaq istiqamətində çalışırlar. Və faktiki olaraq, Ermənistanın bütün şərtlərini qəbul edirlər. Ermənistan deyirdi ki, heç bir şərt qoymadan ikitərəfli münasibətlər quraq. Türkiyə isə üç şərt qoymuşdu. Ermənistan heç bir şərti qəbul etmədiyi, ”soyqırım" iddiasından əl çəkmədiyi, Qarabağı azad etmədiyi halda Gül İrəvana getdi. Bu, faktiki olaraq, Ermənistanın şərtlərini qəbul etmək idi. Mənə elə gəlir ki, Abdullah Gül Türkiyə dövlətini aldatdı".
E.Mehdiyevin fikrincə, Abdullah Gülün Azərbaycana İrəvanda Qarabağ məsələsi ilə bağlı apardığı danışıqların nəticələri barədə məlumat verməyə gəlməsi haqda deyilənlər pafosdur: “Əslində, Gül İrəvanda Qarabağ məsələsi ilə əlaqədar problemi hər hansı detalları ilə müzakirə etməyib. Qarabağ məsələsinə dair danışıqlar Minsk Qrupunun vasitəçiliyi ilə gedir, Türkiyə vasitəçi ölkə deyil. Abdullah Gül sadəcə, Ermənistanda olarkən Qarabağ münaqişəsinə dair ümumi fikirlər səsləndirib, Ermənistan tərəfi də ona belə cavab verib ki, bununla əlaqədar Madrid razılaşması çərçivəsində danışıqlar aparılır. Düşünmürəm ki, Ermənistanın Qarabağ məsələsi ilə əlaqədar hər hansı bir vədi olub. Bir vacib məqam da ondan ibarətdir ki, Türkiyəni qınamaq çətindir. Türkiyə Azərbaycanın yarıtmaz hökumətinin girovuna çevrilməli deyil. Onun da öz siyasəti var və bunu həyata keçirmək istəyir. Və onu da qeyd etmək lazımdır ki, Türkiyə yeganə dövlətdir ki, tarixən Azərbaycanın yanında olub. İnanıram ki, bundan sonra da belə olacaq. Sadəcə, AKP hökumətinin mövqeyi Azərbaycan və Türkiyə dövlətlərinin maraqları ilə üst-üstə düşmür. Bu, Türkiyə dövlətinin deyil, AKP hökumətinin mövqeyidir”.  
/Musavat-Elşad MƏMMƏDLİ/



BABH     Sentyabr 10, 2008 9:18
Şərhlər(0)    82 oxunma
Bölməsiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

BABH
----------- Nə Mutlu Türküm Diyənə -----------
BABH (Bütöv Azərbaycan Birlik Hərəkatı) Türk dünyasının və xüsusilə Bütöv Azərbaycanın inkişafi uğrunda bəzi xəbərlərin və informasiyaların işıqlandırılması üçün 12.22.2007 tarixində yaradılmışdır.

Əlaqə vasitəsi: babharakati@gmail.com

Ermənistanın, Fars şovinistinin, Rus imperiyasının, kürd terroristlərinin və kürd mafiyasının təcavüzü Azərbaycana davam edir.
  • İndi blogda: 6
  • Keçən ayın hiti: 21307
  • Dünənki hit: 673
  • Bugünki hit: 835
  • Ümumi hit: 136633



  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog