BABH - Bütöv Azərbaycan Birlik Hərəkatı

بابح - بوتو آزربایجان بیرلیک حرکاتی

21 Azər

21 Azər Hərəkatı (Azərbaycan Milli Hökuməti)

 BABH:  Baki TebrizXX əsrin I yarısında Güney Azərbaycanın milli-azadlıq hərəkatında parlaq yer tutan simalardan biri Seyid Cəfər Pişəvəridir (Cavadzadə). O, 1893-cü il avqustun 26-da Güney Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində dünyaya göz açıb. 1905-ci ildə atası Seyid Cavad ailəsi ilə birlikdə Bakıya köçüb və onlar Bülbülə qəsəbəsində məskunlaşıblar. S.C.Pişəvəri təhsilini Bülbülədə, daha sonra Sabunçuda davam etdirib. Orta məktəbi bitirdikdən sonra sonrakı fəaliyyəti haqqında o yazır: “Təhsil etməyə, kitab oxumağa olan həvəsim sayəsində 20 yaşa çatanadək bütün boş vaxtımı kitabxanalarda keçirdim. Tarix, ədəbiyyat və fəlsəfə sahələrinə aid kitablara çox meyl göstərdim”. O, 1913-cü ildən 1917-ci ilədək Bakının Xırdalan kəndində açdığı məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub, bu gənc tezliklə Bakı maarifçiləri arasnıda savadlı və istedadlı ziyalı kimi ad çıxarıb.
XX əsrin əvvəllərində Bakının ədəbi-siyasi mühiti, İranda Məşrutə hərəkatının Güneydə Səttarxanın başçılığı ilə daha yüksək səviyyəyə çatması və Güney Azərbaycanın bütün İrandakı inqilabın mərkəzinə çevrilməsi, eləcə də Türkiyədə “Gənc türklərin” ölkənin siyasi həyatına gətirdiyi yeni nəfəs Pişəvərinin dünyagörüşünün formalaşmasında və onun gələcək mübarizəsində müstəsna rol oynayıb. Seyid Cəfər doğulduğu diyardan uzaqda olsa da, oradakı insanların taleyi, vətənin azadlığı, orada getdikcə şiddətlənən haqsızlıqlar onu daim düşündürüb, qurtuluş üçün yollar axtarmağa yönəldib və nəticədə onun siyasi mübarizə yoluna gətirdi. O özü bu haqda yazıb: “məni bu böyük şərəfli işə cəlb edən amil azadxanlıq mübarizəsindən başqa, bir də mənsub olduğum millət haqqındakı düşüncələrim olmuşdur”. Vətənin və xalqın nicatı üçün demokratik maarifçilik fəaliyyəti ilə kifayətlənməyən Pişəvəri 1917-ci ildə siyasi fəaliyyət meydanına daxil olur. Hələ 1905-ci ildə Bakıda yaranan İran Sosial Demokrat (İctimaiyyun-Amiyyun) firqəsinin Bakı təşkilatının iclaslarında iştirak edən Pişəvəri eyni zamanda jurnalistlik fəaliyyətinə başlayır. O özünün ilk məqalələrində İranda hökm sürən şahlıq idarəsinin xəyanət və satqınlıqlarına qarşı bütün İran xalqlarını birliyə dəvət edib. 1918-ci ildə İran kommunistlərinin (“Ədalət firqəsi”) sıralarında öz siyasi mübarizəsini davam etdirən Seyid Cəfər onun orqanı “Hürriyyət” qəzetinin redaktoru təyin olunur. ...

21 Azər Hərəkatı
MİLLİ HÖKUMƏTİN SİYASƏTİNDƏ DİL VƏ TƏŞKİLAT MƏSƏLƏLƏRİ
Seyid Cəfər Pişəvəri (1)
Seyid Cəfər Pişəvərinin son Bakı səfəri haqqında 
Seyid Cəfər Pişəvəri (2)
21 Azər bayramınız qutlu olsun

Yeri gəlmişkən demək lazımdır ki, S.Pişəvəri Azərbaycanın N.Nərimanov və digər siyasi xadimləri kimi qırmızı ordunun Azərbaycanı tutmasının istilaçı mahiyyətini əvvəllər dərk etmir və məzlum Şərqin, o sıradan İranın azadlığı üçün ona ümid bağlayır. Lenin və Moskvanın məzlum millətlərə “nicat verəcəyi” haqda yalan vədlərə inanırdı. Bu sıradan Pişəvəri Sovet hərbi hissələrinin 1920-ci il mayın 18-də Ənzəli limanına çıxarılmasını və bu qüvvələr içərisində Bakıda İran fəhlələrindən təşkil edilən İran qızıl ordusu dəstələrinin və “Ədalət”in üzvlərindən böyük bir qrupun olmasını da ingilis imperializminə qarşı mübarizədə müsbət bir hal kimi dəyərləndirir və qəbul edirdi. İranda antişah, antiimperialist qüvvələrinin birliyini yaratmaq məqsədi ilə “Ədalət” partiyasının göstərişi ilə S.C.Pişəvəri 1920-ci il mayın 23-də Cəngəli hərəkatının rəhbərlərindən Mirzə Kiçik xanla danışıqlar aparmaq üçün xüsusi nümayəndə heyəti ilə Rəştə gəlir. Aparılan danışıqlar müvəffəqiyyətlə qurtarır. Rəştdə Sovet hərbi qüvvələrinin olmasından istifadə edilərək Kiçik xanın başçılığı ilə iyun ayının 4-də Gilanda respublika hökuməti qurulur. Pişəvəri həmin hökumətdə rəhbər vəzifəyə təyin olunur.

Müstəbid şah rejiminə qarşı Azərbaycanda, Gilanda, Xorasanda və digər əyalət mərkəzlərində xalq hərəkatının güclənməsindən istifadə edən qüvvələr 1920-ci il iyunun 22-də Ənzilədə İran Kommunist “Ədalət” partiyasının I təsis qurultayını keçirirlər. Qurultay S.C.Pişəvərini MK-nın üzvü və təbliğat işləri üzrə katib seçir. Bunun ardınca Pişəvəri partiyanın Təbriz təşkilatı tərəfindən III Kommunist İnternasionalının 3-cü konqresinə nümayəndə seçilir və orada iştirak edir.

1921-ci ilin fevralın 26-da İranla Sovet Rusiyası arasında Moskvada məlum dostluq müqaviləsi bağlandı. İranla ikili siyasət yürüdən Moskva Gilan inqilabçılarının əli ilə Tehranı zəbt etməyə və Çar Rusiyasından fərqli olaraq, İrana təkbaşına (müttəfiqləri olmuş ingilislərsiz) sahib olmağa ümid edirdi. Gilan inqilabçıları (o sıradan Kiçik xanın başçılıq etdiyi dəstə - “cəngəlilər”) İngiltərənin İrandakı ağalığından xilas olmaq xatirinə özünə “xilaskar dost ölkə” maskası taxmış və hələlik inqilabçıları buna inandıra bilən Rusiyanın hərbi qüvvələrinin yardımından istifadə etdilər. Bundan əvvəl deyildiyi kimi yalnız Xiyabani heyrətamiz uzaqgörənliklə qırmızı ordunun onlara da təklif etdiyi hərbi yardımdan imtina etdi. Gilanda isə hadisələrin sonu özünü çox gözlətmədi. Belə ki, Tehran üzərinə hərbi yürüşlər iflasa uğradıqda Sovet hərbi hissələri Gilandakı milli-azadlıq hərəkatı qüvvələrini meydanda tək qoyub, onlara xəyanət edib İranı tərk etdi. Arxasız qalan Gilandakı azadlıq mücahidlərinin başı cəllad kötüklərinin üstündə kəsildi. Bu hadisələri Pişəvəri gələcəkdə xatırlamalı oldu.

Cəngəlilər hərəkatının faciəli sonluğundan sonra, 1921-ci ildə, Tehrana gələn Pişəvəri yenicə yaradılan İran həmkarlar təşkilatının mərkəzi orqanı “Həqiqət” qəzetinin baş redaktoru oldu. “Həqiqət” öz səhifələrində kəskin məqalələr və hakimiyyət əleyhinə yazılar çap etdiyi üçün onun fəaliyyətini İsfahanda davam etdirmək məcburiyyətində qalır. 1925-ci ildə Rza xanın şahlığa keçməsi ilə İranda demokratik və milli qüvvələr əleyhinə amansız təqiblər və cəza maşını işə salınır, ölkədə irtica tüğyan etməyə başlayır. Bir müddət öz mübarizəsini gizli şəkildə və müxtəlif məkanlarda davam etdirən Pişəvəri Rza şah xəfiyyəsi əlindən yaxa qurtara bilmir, 1930-cu ilin dekabrında həbs edilir. O, 10 il tamam Tehranın şimal-şərqində yerləşən və özünün dəhşətli mühiti və şəraiti ilə ad qazanan “Qəsre qacar” zindanında ömür keçirir. Müdhiş zindan həyatı, buradakı dözülməz ab-hava azadlıq mücahidi olan Pişəvərinin iradəsini sarsıda bilməyib. O, “Qəsre-Qacar”da belə öz mübarizəsindən və əqidəsindən əl çəkməyərək, hətta, bədii-publisistik yaradıcılıqla da məşğul olub. Onun məşhur “Zindan xatirələri” əsəri “Qəsrə-Qacar”ın məhsuludur. 1940-cı ildə həbs müddəti qurtardığına görə “Qəsre-Qacar”dan azadlığa buraxılan Pişəvəri Kaşan şəhərinə sürgün edilir. Orada bir müddət nəzarət altında yaşadıqdan sonra şah xəfiyyəsi onu yenidən həbs edir. 1941-ci il avqustun 25-dən etibarən müttəfiq qoşunlarının İran ərazisini işğal etməsi (birinci olaraq 1941-ci il avqustun 25-də sovet hərbi hissələri İranın şimalına girib), Rza şahın öz oğlu Məhəmməd Rzanın xeyrinə səltənətdən əl çəkməsi və sentyabrın 16-da ölkədən qaçması zindanların qapılarının açılmasına səbəb oldu. 1941-ci il sentyabrın 13-də (1320-ci il şəhrivərin 23-də) Pişəvəri Kaşan zindanından azad edilir. 10 ildən çox siyasi məhbus olan S.C.Pişəvəri azadlığa buraxılan kimi yenidən mübarizə meydanına atılır. Onun bu dövr siyasi və ədəbi fəaliyyətində dostlarının maddi və mənəvi yardımı ilə çap olunan “Ajir” (Həyəcan) qəzeti xüsusi yer tutur. “Ajir”dəki yazıların böyük əksəriyyəti Pişəvərinin qələmindən çıxıb. Şahlıq istibdadına və irticaya qarşı mübarizədə, kütlələri böyük azadlıq döyüşünə hazırlamaqda, faşizm və onun İrandakı əlaltılarını ifşa etməkdə “Ajir” misilsiz rol oynayıb.

Zindandan çıxandan sonra İran Xalq partiyasının yaradılmasında böyük xidmətləri olan Pişəvəri bu təşkilatda rəhbər vəzifələrdə çalışıb. Tehran mühiti, buradakı mübarizə onun arzu və istəklərinə tam cavab verə bilmirdi. Azərbaycan, onun problemləri Pişəvərini heç vaxt rahat buraxmayıb. Bu yüksək amal onun siyasi mübarizəsində, yazılarında və çıxışlarında qırmızı xətlə keçir. Bu istək, bu amal onu Vətənə, Azərbaycana gətirir. Pişəvərinin Azərbaycana qayıdışı 1944-cü ilin baharına - İran məclisinin XIV çağırışı üzrə seçkilər vaxtına təsadüf edir. Belə ki, 1944-cü ilin əvvəllərində İXP məclisə nümayəndə seçilmək üçün Azərbaycandan Pişəvərinin namizədliyini irəli sürür. Azərbaycana gələn Pişəvəri seçki kompaniyası ilə bağlı bir neçə ay müddətində Azərbaycanın şəhər və kəndlərini dolaşır, eyni zamanda burada əhalinin sosial-iqtisadi vəziyyəti və siyasi əhvalı ilə yaxından tanış olur, yeni dost və tanışlar qazanırdı, yüksək göstərici ilə 5780 səslə Azərbaycandan məclisə nümayəndə seçilir. Lakin bu danılmaz qələbənin nəticəsini XIV məclis 1944-cü il iyulun 13-dəki yığıncağında etibarsız saydı. Bu, əslində Güney Azərbaycan əhalisinin Məclisdə ucaldılacaq səsinin boğulması demək idi. Şah başda olmaqla İran irticası S.C.Pişəvərinin timsalında özünün ən böyük düşmənini görürdü. Bunun əsas səbəbi S.C.Pişəvərinin xalq içində olan nüfuzu və onun atəşin nitqlərində və ifşaedici yazılarında kütləni səfərbər etmək məntiqi idi. Buna görə də, S.C.Pişəvəri XIV çağırış İran Məclisinə Təbrizdən namizəd göstərilərkən həmin rejim bütün vasitələrlə onun seçilməsinə mane olmağa çalışdı, lakin xalq öz sözünü dedikdə, Məclis Pişəvərinin etibarnaməsini təsdiq etmədi.

Seçki kompaniyası dövründə Azərbaycandakı vəziyyəti tam aydınlığı ilə öyrənə bilən Pişəvəri ölkənin və xalqın çoxsaylı dərdlərinə çarə bulmağın, sosial və milli tələbləri həll etməyin qaçılmazlığına əmin olur. Azərbaycan üçün nəsə etmək, kor-təbii genişlənən hərəkatı ən optimal macəraya yönəltmək gərəkdi. Bunun üçün o, hər şeydən əvvəl əsarətdə olan vətənin və xalqın dərdlərinə çarəni milli ruhla yoğrulan, kütlənin arzu və istəklərini ifadə edə biləcək siyasi bir təşkilatın - partiyanın yaradılmasında görürdü. Bu təşkilat Azərbaycanda sabiqəsi olan vaxtı ilə Ş.M.Xiyabani tərəfindən yaradılan, lakin cəmi 5-6 il fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsi (ADF) ola bilərdi. Güney Azərbaycanda genişlənməkdə olan milli hərəkatın uğur qazanmasında - İranın tərkibində milli muxtariyyət əldə etməsində son dərəcə maraqlı olan sovet rəhbərliyi tərəfindən 1945-ci ilin yayında Azərbaycan K (b) RMK-nin birinci katibi Mir Cəfər Bağırov vasitəsilə Seyid Cəfər Pişəvəriyə ADF-nin yaradılmasına rəhbərlik təklif edilir. Pişəvəri M.C.Bağırovla Culfada görüşdə bu təkliflə bağlı çox tərəddüd keçirir. Bəzi yazılarda onun Bağırova dediyi aşağıdakı sözləri xatırlanır. Pişəvəri təklifdən imtina etməsini belə əsaslandırır: “Bu ruslar öz siyasi hədəflərini irəli aparmaq üçün bizi oyuna qatmaq istəyirlər. Onlar inanılası adamlar deyillər. Lazım olan təqdirdə bizə kömək etməyəcəklər, meydanda bizi tək qoyacaqlar. Rusların məhəbbəti meymun məhəbbətinə oxşayır, suda boğulan vaxt meymun öz balasını ayağı altına salır. Mən onları yaxşı tanıyıram”.

Güneydəki hərəkatın inkişafı və sonrakı taleyi ilə bağlı planların və edilən təklifin arxasında şəxsən, İosif Stalinin iki Azərbaycanı gələcəkdə birləşdirməklə İttifaq ərazisini bir qədər də genişləndirmək kimi tam gizli məqsədi dururdu. Çox mümkün ki, Pişəvəri bunu hiss edirdi. Nəticədə bütün tərəddüdlərlə yanaşı Pişəvəri bu söhbətlərə Azərbaycanın taleyi üçün ələ düşən çox mühüm bir fürsət kimi baxır və tarixin yetişdirdiyi bu şansdan istifadəni qəbul və zəruri sayır. Bir qədər sonra 1945-ci il sentyabrın 12-də “Azərbaycan” qəzetində o yazırdı: “İndi Azərbaycan xalqının əlinə ən böyük bir fürsət düşmüşdür. Bundan istifadə etməmək xəyanətdir”. Pişəvərinin rəhbərliyi ilə 1945-ci il sentyabrın 3-də (hicri qəməri 1324-cü il Şəhrivərin 12-də) Azərbaycan Demokrat Firqəsinin (partiyasının) yaradılması haqqında bayannaməsinin yayılması, Güney Azərbaycanda milli-azadlıq hərəkatı tarixində yeni dövrün başlanğıcından xəbər verir. Azərbaycan Demokrat Firqəsində diqqəti çəkən mühüm məsələlərdən biri onun məramnaməsində “bolşevizm”, “Kommunizm”, “sosializm”, “Marksizm”, “Leninizm” və başqa “izm”lərin olmaması və firqənin sinfi prinsiplə deyil, milli-demokratik tələblər əsasında qurulmasında idi. “Bizim ölkədə siniflər çox da bir-birindən uzaqlaşmayıblar. Xüsusilə fəhlələr, əkinçilər, xırda alverçilər, sənətkarlar kimi aşağı dəstələrin bir çox məsələlərdə birgə mənafeyi vardır. Buna görə də İranda tam mənada sinfi bir firqə üçün zəmin yoxdur” (S.C.Pişəvəri). Buna görə idi ki, ADF ilk növbədə sırf milli tələbləri irəli sürürdü. Pişəvərinin “Firqəmiz işə başladı” adlı proqram xarakterli yazısında oxuyuruq: “Biz öz dilimizdə maarif, səhiyyə və dövlət idarəsi tələb edirik. Öz dilimizdə kitabımız, qəzetimiz və ədəbiyyatımız azad bir surətdə vücudə gəlmək ilə xalqımızın mütərəqqi bir xalq olmasına imkan verilməlidir. Biz birinci növbədə öz evimiz oan Azərbaycandan başlayıb buranın tərəqqisini təmin etməyə çalışırıq”. 1945-ci il oktyabrın 2-4 də Təbrizdə keçirilən ADF-nin qurultayı S.C.Pişəvərini yekdilliklə partiyanın sədri seçdi.

S.C.Pişəvərinin təşkilatçılıq və dövlətçilik istedadı 1945-ci il dekabrın 12-də (21 Azərdə) hakimiyyətin ələ alınması nəticəsində yaradılan Azərbacyan Milli Hökumətinin fəaliyyəti dövründə daha parlaq şəkildə üzə çıxdı. “21 Azər” hərəkatının sükanı arxasında duran ADF Pişəvərinin rəhbərliyi altında hərəkatı müvəffəqiyyətlə qələbəyə qovuşdurdu, azadlıq və nisbi də olsa müstəqilliyin şirinliyini xalqa daddırdı. Pişəvəri “21 Azər”i “separatçılıq”, “İran azadlıq qüvvələrinin parçalanması” və s. bu kimi böhtan və iftiralarla ləkələməyə çalışanlara cavab olaraq aydın şəkildə deyib: “Tehran gərək gözlərini yaxşı açıb, zaman və məkanı yaxşı təşxis versin. Biz İran azadxahlarını səmimiyyətlə sevirik və onların müvəffəqiyyətləri də bizim müvəffəqiyyətimizdir. Lakin bizim özümüzün də bir hesabımız vardır. Onu unutmaq olmaz”.

Azərbaycan Milli Hökumətinin bir illik fəaliyyəti, onun icra etdiyi tədbirlərin hamısı böyük öndər S.C.Pişəvərinin adı ilə sıx bağlıdır. O, “21 Azər”in qələbəsini qoruyub saxlamaq üçün şahla, baş nazir hiyləgər Qəvamüs-Səltənə ilə, İran hakim dairələrinin neçə-neçə nümayəndələri ilə və nəhayət dövrün tiranı İ.V.Stalinlə üz-üzə dayandı. Lakin xəyanət öz işini gördü. Dekabrın 11-də səhər “öldü vardır, döndü yoxdur” çağırışı ilə millətə müraciət edən Pişəvəri həmin gün axşam dekabrın 12-nə keçən gecə canından çox sevdiyi vətənlə, onun kövrək istiqlaliyyəti ilə məcburən vidalaşmalı oldu. Bu xəyanət, bu ağrı onu vətənin bu sahilində - Quzey Azərbaycanda da rahat buraxmadı. O da öz sələfi N.Nərimanov kimi keçdiyi yoldakı xəyanət və badalaqlara baxıb, qırmızı imperiyanın ikiüzlüyünə və riyakarlığına nifrət edirdi. N.Nərimanov bu nifrəti oğluna vəsiyyətində ifadə edə bildisə, Pişəvəri bu imkanı əldə edə bilmədi. 1947-ci il iyulun 11-də o, 55 yaşında müəmmalı şəkildə baş verən avtomobil qəzasına düşdü və iyulun 12-də “xəyanət, xəyanət” deyərək gözlərini əbədi yumdu.

Onun məzarı hal-hazırda Bakıda fəxri xiyabandadır.

Özgə çırağına yağ olmaq bəsdir
doğma ellərimiz qaranlıqdadır
Yanıb yandırmayaq yadın ocaqın
Evimiz soyuqdur, qışdır, şaxtadır

Qeyd: Məqalə “Güney Azərbaycan” kitabındakı materiallar əsasında hazırlanıb

21 Azər bayramınız qutlu olsun 

BABH:  Baki Tebriz: 63 il bundan qabağ Güney Azərbaycanda milli hükümət quruldu, millətmimiz öz müqəddəratın bir daha öz əlinə keçirdi. Hükümətin 1 illik ömründən nələr anlaşılmalıdır?

Bir il yaşayan milli hükümətin qurucularının gərçək milli hisləri, dərin görüşləri və sarsılmaz iradələri bizə bunu anlatmağdadır ki bizdə onların başardığı işi başara bilərik. Yetər ki onlar kimi gərçək milli hislər, dərin görüşlər və sarsılmaz iradəyə sahib olağ. Bunu başarmağ üçün, əl-ələ verməliyik.

Dünyanın ən təhlükəli dönəmlərində özgürcəsinə baş qaldıran o milli düvlətin evladlarına bu gün umudlar bağlanıb, umudları ata-analarımız bizlərə bağlaiyblar. Bizlərə düşənsə, o umudların yerinə yetirilməsidir.

Fars siyasətçiləri hər yöndən çalışırlar ta 1324-cu ildə qurulan milli devlətçiligimizi komnistlərə və Ruslara bağlasınlar və onun milli mahiyətin zədələsinlər. Bu yolda geniş işləmlər görüb və çoxlu həzinələr verərək bir sıra saxta sənədlər yaratmağı başarıblar. Hətta başarıblar ta bəlli dönəmlərdə özlərin milli hükümətin varisləri kimi tanıtan şəxslərə meydan verib və özgür olan milli hükümətimizin məqamın, saxta və Fars mərkəzli federal muxtariyətə qədər yendirsinlər.

Milli hükümətimizin adından anlayan anlamışdır hər haldə. Adın "Azərbaycan Milli Hüküməti" seçən özgürlük savaşçılarımız İran və federalismdən yana olmadıqların açıqcasına sərgiləiyblər. Bu gərçəklərə yan baxan şovonistlərin qulu olan bir sıra federalçısa, özgürlük savaşçılarımızın qanın və əldə etdikləri varlıqları yoxa sayaraq, Fars dəiyrmanına su tökməkdələr.

Milli Party bildirir ki "Azərbaycan Milli Hüküməti"nin gərçək varisləri özgürlük savaşçıların öz balalarıdırlar və bu meydanda yalancil olaraq adların "Firqəçi", "Federalçi" və saxta "Demokrat" qoyanlar kimi yatmış, alınmış və casuslara yer yoxdur.

"Azərbaycan Milli Hüküməti"nin quruluşunun 63-cu il dönümü, habelə, "Azərbaycan Milli Hüküməti"nin Farslar və xarici güclərin xiyanəti nəticəsində qarşılaşdığı savaşda utuzmasının 62-ci il dönümün yad edərək, o fəxr edici quruluşun bir daha təkrar olması, və, üzücü çöküşün təkrar olmasının önün almağı arzu edirik. Təbiki arzu deiyl, istəmək demək lazimdir. Biz "Azərbaycan Milli Hüküməti"nin quruluşun istəiyrik.   Milli Party - 21/08/1387 - Təbriz 

Seyid Cəfər Pişəvəri (1)

Seyid Cəfər Pişəvəri, (1892-1947) Azərbaycanlı inqilabçı, jurnalist, yazıçı və Azərbaycan Demokrat Firqəsinin başçısı.

BABH:  Baki Tebriz: Pişəvəri 1892-ci ildə Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ilk təhsilini həmin kənddə almışdır. 1905-ci ildə Bakı şəhərinə mühacirət etmişdir. Bülbülə kəndində öz təhsilini davam etdirmiş, eyni zamanda əməklə də məşğul olmuşdur. 1913-cü ildən 1917-ci ilə qədər Xırdalan qəsəbəsində müəllimlik etmişdir. Dərin mütaliəsi sayəsində ictimai elmləri öyrənmiş və siyasi fəaliyyətə başlamışdır. Bakıda nəşr olunan "Açıq söz" qəzetində məqalələrlə çıxış edirdi. İran xalqlarının ağır vəziyyəti onu da düşündürür. 1918-ci ildən "Azərbaycan Cüzilayənfəki-İran" qəzetində əməkdaşlıq edir, İran xalqlarının ağır vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələr nəşr etdirir.

Pişəvəri özünə daha geniş mübarizə meydanı axtarır. Buna görə 1919-cu ildə İran "Ədalət" Firqəsinin Bakıda açılmış "İttihad" mədrəsəsində müəllim işləyir. Bakıda inqilab rəhbərləri olan N.Nərimanov, Bəhram Ağazadə və başqaları ilə əlaqə yaradır.

İran Ədalət Firqəsi Mərkəzi Komitəsinin orqanı olan "Hürriyyət" qəzetinin redaktoru olur. Bu qəzetdə çürümüş şahlıq üsul-idarəsinin satqınlığını, imperialistlərin müstəmləkəçilik siyasətini kəskin tənqid edir və İran xalqlarını milli mübarizəyə çağırır.

1919-20-ci illərdə "Hürriyyət" qəzetinin redaktoru olmaqla bərabər İran "Ədalət" Firqəsi Mərkəzi Komitəsinin xarici bölməsinin katibi seçilir.

İranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar 1920-ci ilin may ayında Pişəvəri İrana gedir, Gilan əyalətində baş vermiş Cəngəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. İyun ayında Gilanda yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur. Sonra İranda inqilabi qüvvələri birləşdirmək üçün İran Kommunist Firqəsinin yaranmasında, firqənin 1920-ci ilin iyun ayında Ənzəli şəhərində keçirilən I qurultayında Mərkəzi Komitənin üzvü və ideoloci işlər üzrə katib seçilir.

1921-ci ildə Pişəvəri İran Həmkarlar İttifaqının orqanı olan "Həqiqət" qəzetinin redaktoru olur. O, yorulmadan bütün varlığını irtica və imperializm əleyhinə mübarizəyə həsr edir. 1923-cü ilə qədər İranın bir çox şəhərlərində nəşr olunan qəzetlərə məqalələr yazır. 1922-ci ildə Tehranda polis təzyiqinin artması ilə əlaqədar "Həqiqət" qəzeti bağlanır. 1923-cü ilə qədər o, İsfahan şəhərində gizli fəaliyyət göstərir.

Rza şahın iş başına gəlməsi ilə polis təqibləri güclənir, qəzet və curnalların çap edilməsi çətinləşir. Bü fəaliyyət ağır şəraitdə 9 il davam edir. 1930-cu ildə Pişəvəri həbs olunur və 11 il həbsdə qalır. Qəsri-Qacar adlanan zindanda bütün vəhşi işgəncələrə baxmayaraq Pişəvəri öz mübarizəsini davam etdirir.

II dünya müharibəsinin başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci ildə İran Xalq partiyasının yaranmasında fəal iştirak edir, 1943-cü il may ayının 23-də nəşr etdiyi "Acer" qəzetinin ilk nömrəsini İran ictimaiyyətinə təqdim edir. Pişəvəri redaktoru olduğu "Acer" qəzeti vasitəsilə Rza şahı, onunla birlikdə xalq kütlələrini vəhşicəsinə soyan və İranın müstəmləkəyə çevrilməsinə kömək edən irticanı ifşa edir.

1944-cü ildə Pişəvəri Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da İran irticası onun deputatlığını rədd edir. Pişəvəri İranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib "Cəbheyi-azadi" (Azadlıq cəbhəsi) yaratmışdır.

Bu qəzetlər vasitəsilə Pişəvəri İran xalqlarının irtica və imperializm əleyhinə mübarizəsinə, ölkənin inqilabi qüvvələrini birləşdirməyə çalışmışdır.

Alman faşizminin məğlub olması ilə əlaqədar bütün dünyada inqilabi hərəkat güclənmiş, istiqlal və azadlıq uğrunda xalqların mübarizəsi artmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının mübarizəsinə rəhbərlik edə biləcək, Azərbaycanda bütün sinif və təbəqələri birləşdirə biləcək bir təşkilat - Azərbaycan Demokrat Firqəsi 1945-ci il Sentyabr ayının 3-də yarandı. Azərbaycan Demokrat Firqəsinin qarşısında duran xətti-hərəkət 12 Şəhrivər müraciətnaməsi adı ilə elan olundu.

S.C.Pişəvəri Azərbaycanda yaranmış inqilabi şəraiti dərk edərək Azərbaycan Demokrat Firqəsini yaratmışdır. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bilmişdir. 1945-ci ilin oktyabr ayında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənni sədri seçmişdir. ADF-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir.


1945-ci il Dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmişdir. Məhz həmin hökumətin İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Qərbin irticaçı idarələrinə mənsub olan mətbuat dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir. Bu tədbirlər inkaredilməzdir.

Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranın zəngin sərvətlərinə sahib olan İngiltərəAmerika imperializmini qorxuya salmışdı. Onlar birləşərək Azərbaycan milli hökumətini qan dəryasında boğdular.


1946-cı ilin dekabr ayından mühacirət etmiş Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Azərbaycannın 34 rayon və şəhərində onların yerləşdirilməsinə şəxsən Pişəvəri özü rəhbərlik etmişdir. Elə bu işlə əlaqədar 1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.


Pişəvərini yaxşı öyrənmək, onun ictimai, siyasi və fəlsəfi görüşlərinə bələd olmaq, onu ictimai, dövlət xadimi kimi tanımaq üçün 1945-46-cı illərdə Təbriz şəhərində nəşr olunan "Azərbaycan", "Azad millət", "Yeni Şərq" qəzetlərini, 1944-cü ildə Tehranda nəşr olunan "Acer" qəzetini, 1946-cı ildə Təbrizdə nəşr olunan "Qızıl səhifələr", "12 Şəhrivər", 60-cı illərdə mühacirətdə nəşr olunan "21 Azər" və "Seçilmiş əsərləri"ni oxuyub öyrənmək lazımdır.


S.C.Pişəvəri Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük inqilabçı, ictimai, dövlət xadimi, yüksək səviyyəli publisist və jurnalisti olmuşdur. 

 Seyid Cəfər Pişəvərinin son Bakı səfəri haqqında

BABH:  Baki Tebriz: Bu müharibənin olub-olmayacağından asılı olmayaraq, sovet dövləti özünün ideoloji sahədə “soyuq müharibə“sini aparmaqda davam edirdi. Bu müharibənin tərkib hissələrindən biri də ideoloji təxribat sahəsində görülən işlər idi.


Bunun üçün ayrı-ayrı hazırlıqlı insanlar bu və ya digər xarici ölkələrə göndərilir (yerləşdirilir) və onlar da müəyyən tapşırıqları yerinə yetirirdilər. Keçmişdə belə işlərin aktivlərindən olmuş bir nəfərlə 1964 və ya 1965-ci ildə bir qonaqlıqda tanış olmaq mənə qismət olmuşdu. Qismət olmuşdu, ona görə deyirəm ki, onun verdiyi informasiyalardan haqqında danışmaq istədiyimiz S.C.Pişəvərinin ömrünün son günlərinə aid bəzi məlumatları ala bilmişdim. Mətbuatda “S.C.Pişəvəri 1946-cı ildə Bakıya qaçdı“ (Arif Kəskin, “Güney Azərbaycan Milli Hökuməti /1945-1946/ və Seyid Cəfər Pişəvəri“) kimi ifadələrə rast gələndən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün onları qələmə aldım. Bu adam (sonradan qonaq) Azərbaycanın şimal rayonlarından birində əhalisi əsasən malakan rusları olan bir qəsəbədən idi. Danışmasa da, çox güman ki, dilimizi də bilirdi. Çox gülərüz idi, söhbətinə başqalarını da cəlb etməyi bacarırdı. Mehribanlıq nümayiş etdirən görkəmi vardı. Müharibədən əvvəl Çinə göndərilmişdi (öz dilində desək, “atılmışdı“). Çində bir müddət işləyəndən sonra oradan Əfqanıstana, müharibənin sonlarına yaxın İrana keçir.


Sovet ordusu müharibənin əvvəlindən İranın Quzeyini (Güney Azərbaycanı) işğal etmişdi. Güney Azərbaycanda siyasi mühit, əsasən, sovet dövlətinin təsiri altında inkişaf edirdi. İranın cənubunda isə ingilislərin təsiri güclü idi. İlkin dövrlərdə İranın parçalanması ehtimalı zahirən yüksək idi. Əslində isə, sovet dövləti Azərbaycanda hadisələrin milli zəmində inkişaf tapmasına maraq göstərmirdi. Elə ingilislər və amerikalılar da tabeliklərində olan İranın bütövlüyündə maraqlı idilər. Hadisələrin nəzarətdən çıxmasına nail olmaq üçün onların hamısı GA-da hərəkatın idarə oluna biləcək halda qalmasını istəyirdilər.
Müttəfiqlər (Böyük Britaniya və ABŞ) sovet ordusunun İrandan çıxarılmasını tələb edirdilər və hətta SSRİ ilə də razılaşdırmışdılar. Sovet ordusunun yerləşdiyi Güney Azərbaycanda xalq hərəkatı yüksəlməkdə idi, lakin ona rəhbərlik edəcək qüvvə yox idi. Olanlar da sözdən işə keçə bilmirdilər. 1941-ci ildən sonra GA-da formalaşmış milli təşkilatların rəhbərlərinin bir qismi çıxış yolu olaraq, Tehranda qəzet nəşri ilə məşğul olan, keçmişdə Gilan hərəkatının rəhbərlərindən biri olmuş, Gilan inqilabının məğlubiyyətindən sonra Tehrana getmiş Seyid Cəfər Pişəvərinin yanına gedib onun Təbrizə qayıtmasını və milli azadlıq hərəkatına rəhbərlik etməsini xahiş edirlər. S.C.Pişəvəri razılıqı verəndən sonra onlar birlikdə Təbrizdə Azərbaycan Demokratik Firqəsini yaradırlar. S.C.Pişəvəri onun rəhbəri olur. Tezliklə GA-da hakimiyyəti ələ alıb, milli dövlət yaratmağa nail olurlar. İran bölünmək təhlükəsi ilə üz-üzə qalır. Müttəfiqlərin təkidli tələbi nəticəsində sovet ordusunun İrandan çıxması sürətləndirilir. Sovet dövləti İrandakı əsas maraqlarının puça çıxdığını görərək, GA-da milli dövlətin də aradan götürülməsi işində aktiv iştirak edir. Ola bilsin ki, bu da müttəfiqlərin tələbi idi. Ancaq həm də, sovet dövlətinin İran siyasətinin tərkib hissəsi idi. Xiyabani hərəkatı, Gilan hərəkatı kimi indi də GA milli hərəkatı SSRİ-nin daha böyük maraqlarına qurban verilməli idi. Milli Ordu silahsızlaşdırıldı.


Qonaq deyirdi ki, yeni yaranmış dövlətin çox qısa zaman ərzində böyük quruculuq işləri aparmasına baxmayaraq, onun başının üstündə qara buludlar da dolaşmaqda idi. İran ordusu Təbriz üzərinə gəlməyə hazırlaşırdı.


ABŞ, İngiltərə və SSRİ-nin qarşılıqlı razılaşmalarına əsasən, SSRİ silahlı qüvvələri İran ərazisini (GA-nı) tərk etməli idi. Bunun əvəzində SSRİ ordusunun Mancuriyada yaponlarla müharibəyə başlaması üçün Çinə daxil olmasına razılıq verilmişdi. Bu da SSRİ-ni razı salmışdı. GA-ya gəldikdə isə SSRİ dövləti özünün qlobal dünya siyasətinə uyğun olaraq, bu ərazini təklikdə (İransız) qəbul etmək istəmirdi. Bu məsələdə çox güman ki, sovet dövlət aparatında böyük nüfuzları olan gürcü və ermənilərin də maraqları nəzərə alınmışdı. Belə ki, Güney və Quzey azərbaycanlıların birləşməsi nəticəsində Azərbaycan dövləti nəinki Qafqazda, hətta bütün SSRİ-də Rusiya Federasiyasından və Ukraynadan sonra ən böyük respublika olacaqdı. Bu isə heç də gürcü və erməniləri, hətta RF-nın özünü razı sala bilməzdi. Əgər bu məsələyə daha geniş miqyasda-dünya siyasəti çərçivəsində də baxsaq, Azərbaycanın bir türk dövləti olaraq, böyüməsinə nə ABŞ, nə də Avropanın iri dövlətləri də razı olmazdılar. Bu kimi səbəblər SSRİ silahlı qüvvələrinin GA-dan çıxarılmasının sürətləndirilməsinə təsirini artırırdı. Əvvəllər də sovetlərin silahlarının böyük bir hissəsinin ADD-yə buraxılacağı haqda verilən vədlər birdən-birə aradan qalxdı, nəinki silahlar, hətta “Tudə“ partiyası ilə bağlı olanlarla yanaşı digər partiyalardan olanların (SSRİ-yə inananların) böyük bir hissəsi də GA-dan çıxarıldılar. GA-nın yenicə yaranmış dövləti şah ordusunun qarşısında silahsız qoyuldu. Şah ordusu isə ingilis və ABŞ silahları ilə silahlandırılmışdı. Bu ordunun qarşısına çıxa biləcək Azərbaycan DEmokratik Dövlətinin ordusu yaradılmamışdı. Sovet ordusunun onları müdafiə edəcəkləri gümanları (?) puça çıxmışdı. Buna baxmayaraq, inqilaba sadiq qalan qüvvələr son damla qanları qalana qədər düşmənlə vuruşacaqlarına and içmişdilər. S.C.Pişəvəri də onların arasında idi. Əsgərlər və xalq S.C.Pişəvəriyə inanırdı. Bunu Moskvanın rəhbərləri də bilirdilər. Bilirdilər ki, S.C.Pişəvərinin rəhbərliyi altında Azərbaycan xalqı yenilməz bir qüvvəyə çevriləcək. Odur ki, S.C.Pişəvəri hərəkatdan uzaqlaşdırılmalı idi. İş o yerə çatmışdı ki, S.C.Pişəvərinin hərəkatdan hansı yolla olursa-olsun, təcrid olunması məsələsi qoyulmuşdu. İlk öncə onun Bakıya dəvət olunması (gətirilməsi) istənildi. Bununla, müttəfiqlərin hər birinin `istəyi ödənilmiş olacaqdı. GA-da milli dövlətin yaranması sovet dövlətinə bir də ona görə arzu olunan deyildi ki, gələcəkdə sovet ordusunun 1941-ci ildə olduğu kimi xəbərdarlıq etmədən Araz çayını keçmək hüququnu qoruyub saxlaya bilsin.
S.C. Pişəvərini nəyin bahasına olursa-olsun, Bakıya aparmaq göstərişini almış qonaq belə deyirdi: “Mənim kim olduğumu ondan başqa kimsə bilmirdi. Biz tez-tez görüşürdük. Mən dəfələrlə onun nəzərinə çatdırmışdım ki, onu Bakıya çağırırlar. S.C.Pişəvəri isə Təbrizi bir an belə tərk etmək istəmirdi. O deyirdi ki, burada işimin bu qədər çox olduğu bir vaxtda Təbrizi necə tərk edə bilərəm? Bizim söhbətlərin nəticəsi olmurdu. Söhbətlərimizin birinin axırında ona təklif etdim ki, ova gedək, bir qədər dincələk. O, buna da razı olmurdu və yenə də işlərinin çox olduğunu deyirdi. Lakin mənim sonrakı inadlı təkidimdən sonra o razılıq verdi və birneçə gündən sonra biz Təbriz ətrafında “ova“ çıxdıq. Biz insanlar yaşayan yerlərdən xeyli uzaqda idik. Yenə də ona Bakıya çağrıldığını xatırlatdım. Bərk hirsləndi. Bu zaman bizdən bir qədər aralıda gizlənmiş adamlarım göründülər. S.C.Pişəvəri işin nə yerdə olduğunu başa düşdüsə də, yenə də müqavimət göstərməkdə davam edirdi. Ümid ancaq zora qalmışdı... Biz onun yolda hay-küs sala biləcəyindən ehtiyat edirdik. Ona görə də lazım olan bütün tədbirləri gördük. Ən çox bizi sərhəddən keçid narahat edirdi. Sərhəddi keçənə qədər kimsə onun Bakıya aparılmasından xəbər tutmamalı idi. Biz bunu da çətinlik çəkmədən həll edə bildik. Onu Bakıya çatdırdıq. Mənə üç günlük istirahət verdilər, bir də köhnə sınıq-salxaq almanlardan qalma bir maşın ki, onunla gəzintiyə çıxa bilim. O da yolda xarab oldu, mən də onu orada qoyub getdim.Görünür, GA məsələsində Moskvanın iradəsinə əks olmaqda israrlı olduğundan S.C.Pişəvəri üç gün sonra Gəncədə maşın qəzasına “düşdü“ və “öldü“.
GA-da isə, “S.C.Pişəvəri canını götürüb Bakıya qaçmışdır“ kimi şaiyələr tez bir zamanda GA-nın hər bir yerinə “yayıldı“. Yəqin ki, bu şayiələr də GA üzərində aparılan siyasi oyunların əvvəlcədən hazırlanmış planlarının tərkib hissəsi olmuşdur. Bu şayiələrin təsiri istər əsgərlərin, istərsə də milli dövlətin müdafiəsinə qalxmış mübariz insanların idarəsinin qırılmasına silahsızlıqdan qat-qat çox səbəb olmuşdur, düşmənə müqaviməti çox-çox zəifləmişdir“.
lBəs sonra nə oldu, siz oraya qayıtdınızmı? - deyə ikinci qonaq ondan soruşdu.
- Yox, - deyə o cavab verdi-

Mən bir də oraya qayıda bilməzdim və buna heç ehtiyac da yoxdu. Məni başqa yerə göndərdilər.
Hara göndərdiyini demədi.


İkinci qonağımız yenə də çox acizanə formada soruşdu:

Yəqin siz bütün bu fəaliyyətinizlə bağlı memuar da yazmısınız. Onu oxumaq bizə qismət ola bilərmi?
 

Onun bu təklifdən alındığı sifətindən hiss olundu.

- Yazmışam, - dedi, - çox yazmışam, hər ölkə üçün ayrı-ayrı xatirələrimi yazmışam.
Lakin onlar hələki saxlanılır. Yəqin ki, vaxt çatanda onların başqalarının da oxumasına imkan yaranacaq. Onda siz də oxuyarsınız.


İkinci qonaq yenə də özünü onun pərəstişkarı olduğunu bildirəcək tərzdə soruşdu:
- Bəs necə oldu ki, siz o sistemdən çıxdınız? Axı, indi siz tamam başqa istiqamətdə - təchizat sahəsində işləyirsiniz?

Stalinin ölümündən sonra ölkədə baş verən hadisələr elə istiqamət aldı ki, bizim kimilərin bu sistemdə qalıb işləməsinə imkan olmadı. Mən yorulduğumu bəhanə gətirərək, işdən azad olunmağımı xahiş etdim. Buraxmırdılar, hətta Bakının özündə qalmağım şərtilə mənə iş təklif etdilər. Mən isə hiss edirdim ki, bu yeni insanlarla, yeni qaydalarla işləməyə uyğunlaşa bilməyəcəm. Mənə fikirləşmək üçün bir ay da əlavə vaxt verdilər. Mən isə qərarımı dəyişmədim. Soruşdular ki, bundan sonra nə işlə məşğul olmaq istəyirsən? Dedim ki, hələlik bilmirəm. Onda onlar də mənə indiki işimi təklif etdilər, razılıq verdim. İndiyə kimi Respublika Təchizat İdarəsində şöbə müdiri vəzifəsində işləyirəm, işimdən razıyam. Yeri gəlmişkən, mənimlə də maraqlandı, dedim ki, universitetdə təhsilimi təzəcə başa vurmuşam, diplom işim biofizika sahəsində olsa da, indi bu istiqamətdə işləmirəm. Fürsətdən istifadə edib, işlədiyim institutda apardığım tədqiqatla bağlı məlumat da verdim və mis borulara ehtiyacım olduğunu bildirdim. Qonaq da kömək etməyə hazır olduğunu söylədi. Bununla bağlı institutun adından məktubla onun yanına getdim. Onunla birgə idarə rəhbərlərindən birinə yaxınlaşdıq. O adamın sifəti, boyu-buxunu indi də yadımdadır. Mən bu vaxta kimi bu cür bədheybət insan görməmişdim (elə indiyə kimi də görməmişəm). İkinci qonağımız da eybəcər, çopur sifətli idi, həm də hər ikisi erməni idilər. Qəribədir ya yox, qonağın “köməkliyi ilə“ mən qısa bir müddətdə respublikamızda yüksək vəzifələrdə oturan iki ermənini istər-istəməz tanıdım. Düşünürdüm ki, Tanrım, əlbəttə ki, sən özün bilən məsləhətdir. Ancaq mənim hansı günahlarım var ki, qonağın ürəyimi deşən söhbətləri qalsın bir tərəfə, mənim qarşıma bu “adamları“ çıxarırsan? Hər halda burada kimlərin işlədiyini bilmək də lazımdır. Bədsifət adam mənə baxdı, kimliyimlə maraqlandı və nəzərlərini üstümdən çəkmədən məktubu imzalamadan qonağa qaytardı. Səbəbi də bu oldu ki, onlar tonlarla məhsul satışı ilə məşğul olurlar. Mən isə 20-30 kiloqram,boru istəyirdim özü də müxtəlif ölçülü olmalı idilər. Qonağımızın özünün də hündürboylu olmasına baxmayaraq, pəncələri üstündə qalxıb onun qulağına nə isə dedi. O isə bir daha mənə tərs-tərs baxaraq, məktuba imzasını atdı. Qonaq mənimlə birlikdə anbara getdi, anbardara göstəriş verib, mənimlə xudahafizləşdi. Qardaşıma da salam deməməyi xatırlatdı. Mən 30 kiloqram borunu göydən düşmüş bir nemət kimi sevinərək, çətinliklə də olsa, işə apardım. O borulardan məndən başqa iş yoldaşlarım da işlərində istifadə etdilər. 1964 və ya 1965-ci illərdə olmuş bu söhbəti mən o zaman bir xatirat olaraq yazmışdım. Lakin 1975-ci ildə baş vermiş hadisələrlə bağlı olaraq, mən digər yazılarımla birlikdə onu da “itirməli“ olmuşdum. İndi təkrar bu yaddaşıma qayıtmağımın səbəbi Arif Kəskin bəyin qeyd olunan məqaləsində S.C.Pişəvərinin Bakıya gəlməsinin, “S.C.Pişəvəri Quzey Azərbaycana qaçmış“ kimi qiymətləndirilməsi olmuşdur. Güman edirəm ki, bu cür yanaşma S.C.Pişəvəri haqda yazıların hamısına da olmasa, bir çoxuna aiddir. Hesab edirəm ki, bundan sonrakı yazılarımızda S.C.Pişəvərinin özündən asılı olan və ya olmayan səhvlərini göstərməklə yanaşı biz onun adının yanında “qaçmış“ kəlməsini işlətməklə ona qarşı səmimi olmarıq. 

Qeyd: - Əmi, sən ki, onda yüksək vəzifələrdə çalışırdın, bəs niyə bu dediklərinə qarşı mübarizə aparmırdın?

Düz deyirsən, oğul. Mən onda raykom katibi kimi yüksək vəzifələrdə işləyirdim. Günahkar kimi mühakimə olunanlar haqqında əvvəlcədən elə şeylər uydurub deyirdilər ki, onları həbs edib öldürəndən sonra hamı deyirdi ki, nə yaxşı, bir oğru da azaldı, bir millət düşməni aradan götürüldü. 

(Yusif Səmədoğlu, “Qətl günü“ əsərindən).

GA-da həmişə elə siyasət yeridilmişdir ki, biz tariximizə nəzər yetirəndə orada bütün millətin qürur duya biləcəyi şəxsiyyətlər tapa bilməyək. Belə olduqda millətin özünün-özünə inamı azalır, həyatın burulğanlarında müdafiə qabiliyyətini itirir.Gəlin, birlikdə belə hallara yol verməyək.   Abbas Musa, Arif Tağıyev  

Seyid Cəfər Pişəvəri (2)

 BABH:  Baki Tebriz: S.C.Pişəvəri 21 Azər hərəkatının başçısı, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı və rəhbəri, Azərbaycan xalqının milli demokratik hərəkatının öndəridir. İranda inqilabi hərəkatın görkəmli xadimlərindən biri olan Pişəvəri ömrünü həmin müqəddəs məqsədlər yolunda sərf etmişdir. O, həmişə İran istiqlalı və xalq azadlıq ideyalarını təbliğ etmiş, curnalist kimi ədəbi yaradıcılıqda da qiymətli irs qoymuşdur.

S.C.Pişəvəri 1892-ci ildə Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ilk təhsilini həmin kənddə almışdır.XIX əsrin axırlarında istibdad üsul-idarəsinin soyğunçuluğuna, feodal istismarına və imperializm təzyiqinə dözə bilməyən kəndlilər kimi Pişəvərinin ailəsi də iş axtarmaq, çörəkpulu qazanmaq üçün 1905-ci ildə Bakı şəhərinə mühacirət etmişdir. Bülbülə kəndində öz təhsilini davam etdirmiş, eyni zamanda əməklə də məşğul olmuşdur. 1913-cü ildən 1917-ci ilə qədər Xırdalan qəsəbəsində müəllimlik etmişdir. Dərin mütaliəsi sayəsində ictimai elmləri öyrənmiş və siyasi fəaliyyətə başlamışdır. Bakıda nəşr olunan "Açıq söz" qəzetində məqalələrlə çıxış edirdi. İran xalqlarının ağır vəziyyəti onu da düşündürür, əzilən xalqların azadlıq və istiqlaliyyət əldə etməsi yollarını axtarırdı. 1918-ci ildən "Azərbaycan Cüzilayənfəki-İran" qəzetində əməkdaşlıq edir, İran xalqlarının ağır vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələr nəşr etdirir. Pişəvəri özünə daha geniş mübarizə meydanı axtarır. Buna görə 1919-cu ildə İran "Ədalət" Firqəsinin Bakıda açılmış "İttihad" mədrəsəsində müəllim işləyir. Bakıda inqilab rəhbərləri olan N.Nərimanov, Bəhram Ağazadə və başqaları ilə əlaqə yaradır.

İran "Ədalət" Firqəsi Mərkəzi Komitəsinin orqanı olan "Hürriyyət" qəzetinin redaktoru olur. Bu qəzetdə çürümüş şahlıq üsul-idarəsinin satqınlığını, imperialistlərin müstəmləkəçilik siyasətini kəskin tənqid edir və İran xalqlarını milli mübarizəyə çağırır. 1919-20-ci illərdə "Hürriyyət" qəzetinin redaktoru olmaqla bərabər İran "Ədalət" Firqəsi Mərkəzi Komitəsinin xarici bölməsinin katibi seçilir. İranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar 1920-ci ilin may ayında Pişəvəri İrana gedir, Gilan əyalətində baş vermiş Cənkəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. İyun ayında Gilanda yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur. Sonra İranda inqilabi qüvvələri birləşdirmək üçün İran Kommunist Firqəsinin yaranmasında, firqənin 1920-ci ilin iyun ayında Ənzəli şəhərində keçirilən I qurultayında Mərkəzi Komitənin üzvü və ideoloci işlər üzrə katib seçilir.

1921-ci ildə Pişəvəri İran Həmkarlar İttifaqının orqanı olan "Həqiqət" qəzetinin redaktoru olur. O, yorulmadan bütün varlığını irtica və imperializm əleyhinə mübarizəyə həsr edir. 1923-cü ilə qədər İranın bir çox şəhərlərində nəşr olunan qəzetlərə məqalələr yazır. 1922-ci ildə Tehranda polis təzyiqinin artması ilə əlaqədar "Həqiqət" qəzeti bağlanır. 1923-cü ilə qədər o, İsfahan şəhərində gizli fəaliyyət göstərir. Rza şahın iş başına gəlməsi ilə polis təqibləri güclənir, qəzet və curnalların çap edilməsi çətinləşir. Bü fəaliyyət ağır şəraitdə 9 il davam edir. 1930-cu ildə Pişəvəri həbs olunur və 11 il həbsdə qalır. Qəsri-Qacar adlanan zindanda bütün vəhşi işgəncələrə baxmayaraq Pişəvəri öz mübarizəsini davam etdirir. II dünya müharibəsinin başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci ildə İran Xalq partiyasının yaranmasında fəal iştirak edir, 1943-cü il may ayının 23-də nəşr etdiyi "acer" qəzetinin ilk nömrəsini İran ictimaiyyətinə təqdim edir. Pişəvəri redaktoru olduğu "Acer" qəzeti vasitəsilə Rza şahı, onunla birlikdə xalq kütlələrini vəhşicəsinə soyan və İranın müstəmləkəyə çevrilməsinə kömək edən irticanı ifşa edir.

1944-cü ildə Pişəvəri Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da İran irticası onun deputatlığını rədd edir. Pişəvəri İranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib "Cəbheyi-azadi" (Azadlıq cəbhəsi) yaratmışdır. Bu qəzetlər vasitəsilə Pişəvəri İran xalqlarının irtica vəə imperializm əleyhinə mübarizəsinə, ölkənin inqilabi qüvvələrini birləşdirməyə çalışmışdır. Alman faşizminin məğlub olması ilə əlaqədar bütün dünyada inqilabi hərəkat güclənmiş, istiqlal və azadlıq uğrunda xalqların mübarizəsi artmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının mübarizəsinə rəhbərlik edə biləcək, Azərbaycanda bütün sinif və təbəqələri birləşdirə biləcək bir təşkilat - Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabr ayının 3-də yarandı. Azərbaycan Demokrat Firqəsinin qarşısında duran xətti-hərəkət 12 Şəhrivər müraciətnaməsi adı ilə elan olundu.

S.C.Pişəvəri Azərbaycanda yaranmış inqilabi şəraiti dərk edərək Azərbaycan Demokrat Firqəsini yaratmışdır. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bilmişdir. 1945-ci ilin oktyabr ayında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənni sədri seçmişdir. ADF-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir. 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin

BABH     Noyabr 21, 2008 12:04
Şərhlər(0)    193 oxunma
Türk Dünyası, Güney Azərbaycan, Güzey Azərbaycan, Dünya, Tarix    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

BABH
----------- Nə Mutlu Türküm Diyənə -----------
BABH (Bütöv Azərbaycan Birlik Hərəkatı) Türk dünyasının və xüsusilə Bütöv Azərbaycanın inkişafi uğrunda bəzi xəbərlərin və informasiyaların işıqlandırılması üçün 12.22.2007 tarixində yaradılmışdır.

Əlaqə vasitəsi: babharakati@gmail.com

Ermənistanın, Fars şovinistinin, Rus imperiyasının, kürd terroristlərinin və kürd mafiyasının təcavüzü Azərbaycana davam edir.
  • İndi blogda: 8
  • Keçən ayın hiti: 21307
  • Dünənki hit: 673
  • Bugünki hit: 842
  • Ümumi hit: 136640



  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog